007-00

Qalxanabənzər vəzinin böyüməsinə Zob xəstəliyi deyilir. Zob xəstəliyi qalxanabənzər vəzinin işləmə vəziyyətinə görə bəsit zob və zəhərli zob olaraq iki qrupa bölünür. Normal sürətlə işləyən qalxanabənzər vəzinin böyüməsinə bəsit zob deyilir. Qalxanabənzər vəzinin çox işləməsi ilə birlikdə vəzin böyüməsi halına zəhərli zob xəstəliyi deyilir. Vəzin normal və ya daha çox işləməsini bilmək üçün qandakı T3, T4 və TSH hormonlarını yoxlamaq lazımdır.

Bəsit zobda qalxanabənzər vəzi böyüyür, lakin ifraz etdiyi T3 və T4 hormon miqdarı qanda normal miqdarda olur.

Bəsit zob xəstəliyi olan insanların çoxu boynunda estetik pozğunluq olmadığı təqdirdə - illik müayinələrini etdirmək şərtilə - zob xəstəliyi ilə yaşaya bilərlər. Bəsit zob xəstəliyində qalxanabənzər vəzi böyüdükcə xəstənin bəzi şikayətləri olur: udqunmada çətinlik çəkə bilər, səsində dəyişkənlik, nəfəs almaqda çətinlik və üzündə ödem (şişkinlik) ola bilər. Bu cür şikayətlər olduğu təqdirdə həkimə müraciət etmək mütləqdir.

Bəsit zob xəstəliyi olan xəstələrə xaricdən qalxanabənzər vəzi hormonu verilir: tiroksin müalicəsi. Bu müalicənin məqsədi TSH hormonuna təzyiq göstərib qalxanabənzər vəzinin daha çox işləməsinə və böyüməsinə mane olmaqdır.

Bu formada tiroksin dərmanı verilən xəstələrin bir qismində qalxanabənzər vəzinin kiçilməsi müşahidə edilərkən, bir qismində də müsbət təsir olmaya bilər. Xəstələrin çoxunda dərman qəbulunu kəsdikdən kiçilən qalxanabənzər vəzinin sonra yenidən böyüdüyü müşahidə edilir.

Yorum ekle


Güvenlik kodu
Yenile