Dr. Hamdi Koşer barədə müayinə üçün müraciət etdiyim klinikada məlumat aldım və qəbuluna yazıldım. Bir xəstə kimi mənə münasibəti, müayinə metodu, xəstəliyim haqqında aydın məlumatları məni çox razı saldı və ən əsası bu xəstəliklə mübarizə əzmimi gücləndirdi. Ailə üzvlərimin də tövsiyəsi və dəstəyi ilə müalicəmi Dr. Hamdi bəyə etibar etdim və əməliyyat üçün İstanbula getdim. Orada təkrar müayinədən keçirildikdən sonra əməliyyat olundum.

Xəstəxanada qarşılaşdığım gülərüz personal, mənə göstərilən xoş münasibət və hər şeydən əvvəl peşəkar tibbi xidmət bir xəstə kimi məni, eləcə də, məni müşayət edən və hər zaman dəstək olan həyat yoldaşımı çox razı saldı. Orada bizə göstərdikləri hərtərəfli dəstəyə görə tibb bacılarına, koordinator Merve xanıma, və sürücümüz Süleyman bəyə də çox minnətdarıq.

Əməliyyatdan sonrakı müalicəm Hamdi bəyin də mütəmadi nəzarəti altında Bakıda davam etdi. Artıq əsas müalicə kursumu bitirmişəm və özümü yaxşı hiss edirəm. Amma əlbəttə ki, həkimin təyin etdiyi təkrar müayinə tarixlərini qaçırmamağa diqqət yetirirəm.

Bu gün normal həyatıma davam edə bildiyim üçün doktoruma çox minnətdaram. Əlləriniz həmişə şəfalı olsun Hamdi bəy!

Yorum ekle


Güvenlik kodu
Yenile