001hamdikocer"Milli Onkologiya rəhbərliyi mənim qarşıma şərt qoymuşdu"

Hamdi Koçer:«Ölkənizdə əməliyyat olunmalı xəstələri yox, əməliyyat olunmaması gərəkən xəstələri əməliyat edirlər»

«2000-dək qadına əməliyyat olunmağı vacib bilmişdilər, ancaq onların cəmi 50 nəfəri əməliyyat olunmalı xəstə idi»

Cərrah Hamdi Koçer. Bu ad hər kəsə tanış olmasa da, ən azından süd vəzi xərçəngi xəstəliyindən əziyyət çəkən qadınlara və onların yaxınlarına tanış gələcək. O iki il Bakıda süd vəzisində xəstəlik olan xanımları müayinə və müalicə edib. Bu müddət ərzində bir neçə dəfə televiziya verilişlərində işirak edən Hamdi Koçər media vasitəsi ilə də həmvətənlərimizi maarifləndirməyə çalışıb. Ancaq bir il olar ki, o artıq Bakıda deyil. Onun gözlənilmədən Bakını tərk etməsini çoxları sadəcə burada həkim kimi fəaliyyət müddətinin bitməsi ilə əlaqələndirirdi. Bu günlərdə Hamdi bəyin heç də bu səbəbdən Azərbaycanı tərk etmədiyini eşitdik. Bunu dəqiqləşdirmək üçün onunla əlaqə saxlayaraq məsələyə aydınlıq gətirməsini xahiş etdik.
Onu da qeyd edək ki, Hamdi Koçər Ümumi Cərrahiyyə üzrə mütəxəssisdir. Türkiyədə, Fransada, Almaniyada cərrah  kimi fəaliyyət göstərib. Avropa yırtıq dərnəyi və Amerika süd vəzi cərrahları birliyinin üzvüdür. Hazırda Istanbulda özəl xəstəxanaların birində süd vəzi xərçəngi əməliyyatlarını həyata keçirən cərrah kimi fəaliyyət göstərir.   

Xərçəng əməliyyatı da monopoliyaya alınıb

- Hamdi bəy, Azərbaycana gəlişiniz necə baş tutmuşdu?
- Istanbulda işlədiyim xəstəxanada azərbaycanlı göz həkimi dostum məni Bakıya gəlməyə təşviq edib. Burada mənim kimi həkimə ehtiyac olduğunu dəfələrlə demişdi. Bakıdakı həmkarlarla əlaqə yaradıb dostumun dediklərinin həqiqətə uyğun olduğunu biləndə gəlməyə qərar verdim.

- Gəlməkdə çətinliklərlə üzləşdiniz?
- Bakıya ilk dəfə gələndə elə bir çətinliklə qarşılaşmadım. Fəaliyyətimə Modern Hospitalda süd vəzi xəstəlikləri üzrə mütəxəssis kimi başladım. Xəstələrimin sayı hər gün çoxalırdı. Ayda iki dəfə 4-5 günlük Bakıya gəlməli olurdum. Süd vəzi xərçəngindən əziyyət çəkən xəstələri Bakıda əməliyyat edirdim. Çünki bu xəstələrin Türkiyəyə gəlib  orada əməliyyat olunmağa maddi gücü çatmırdı.
Ancaq sonra mənə dedilər ki, Azərbaycanda xərçəng xəstələrini artıq müəyyənləşmiş cərrahlar əməliyyat edir, yəni bu sahədə xüsusi bir monopoliya yaranıb. Bunun bir dövlət qanunu, yoxsa Milli Onkologiya Mərkəzinin öz qanunu olduğunu tam bilmirdim. Mənim əməliyyat etdiyim xəstələri Milli Onkologiya Mərkəzində kimyaterapiyaya və şüaterapiyaya qəbul etmirdilər. Belə olan zaman mənimlə aralarında  problem yarandığından şübhələndim.

Mənim qarşıma şərt qoydular

- Bəs bu məsələni araşdırmadınız?
- Xəstələrimin incidildiyini görüb Bakıda ən böyük xəstəxanalardan olan Mərkəzi Klinikaya müraciət etdim. Orada da ilk əvvəl hər şey yaxşı başladı. Xəstəxananın idarəçisi Məlikşah bəy mənim Milli Onkologiya Mərkəzi ilə aramda  olan bu problemi həll edə biləcəyini dedi. Müəyyən vaxt əməliyyatlarıma davam etdim amma sonra yenə də eyni problemlərlə üzləşdim. Məlikşah bəy mənə özümü tanıdan, etdiyim əməliyyatlar haqqında bir təqdimat hazırlayıb Mərkəzin rəhbərliyinə təqdim etməyi məsləhət gördü.
Bunu da etdim. Amma faydasız oldu.

- Təqdimatınız cavabsız qaldı?
- Xeyr. Mənə “Ya əməliyyatlarını gəlib bizim xəstəxanada et, ya da xəstələrini Türkiyəyə apar orada əməliyyat et, biz burada müalicəni davam edərik.” dedilər. Buna da razı oldum. Ancaq qısa zamanda Məlikşah bəy məni xəstəxanadan uzaqlaşdırdı.

- Səbəb göstərdilər sizə?
- Səbəbi Milli Onkologiya Mərkəzi rəhbərliyinin məni burada istəməməsi kimi açıqladı. Buna baxmayaraq xəstələrimin müraciətləri günü-gündən çoxalırdı. Gözləmədiyim halda Bakıda yeni açılan Baku Medikal Plaza klinikasından mənə iş təklifi gəldi və qəbul etdim.
Orada 1 il işləyə bildim və bu zaman kəsiyində heç bir xəstəmi əməliyyat edə bilmədim. Çünki Milli Onkologiya rəhbərliyi mənim qarşıma şərt qoymuşdu. Özümlə birgə gətirdiyim radioloq, USM həkimləri də xəstədə xərçəngi təsdiq etdiyi zaman onları Türkiyəyə əməliyyata dəvət edirdim. Buna əksəriyyətinin maddi imkanı yol vermədiyi üçün onlari Milli Onkologiya Mərkəzinə yönləndirirdim.

Xəstə cavabları biləndə üsyan etdi

- Əgər siz onların şərtini yerinə yetirirdinizsə yenidən nə baş verdi?
- Eşitdim ki, xarici ölkələrdən gələn həkimlər işləmək üçün icazə sənədi almalıdır. Bunun üçün mən də sənədlərimi lazımi dövlət qurumuna verdim. Nəticəni gözlədiyim zaman tibb bacısı olan bir xəstəyə süd vəzi xərçəngi diaqnozu qoydum. Sən demə bu xəstə bir il imiş ki, Milli Onkologiya Mərkəzində mastitdən müalicə olunurmuş. Xəstə Türkiyədən gətirdiyim analiz cavabları ilə Mərkəzdə onu müalicə edən həkimləri bir-birinə qatdı, üsyan etdi. Elə səhəri gün Baku Medikal Plaza rəhbərliyi məni işdən azad etdi.

Bu dəfə üstümə Səhiyyə Nazirliyi gəldi

- Yəqin ki, səbəb eyni oldu.
- Bəli. Səbəbini soruşanda Milli Onkologiya Mərkəzinin rəhbərinin klinikanın rəhbərinə zəng edib məni qovmasını əmr etdiyini dedilər. Necə deyərlər, tarix təkrarlandı.
Sonra mənə facebookdakı məktub ünvanıma təhdid dolu məktublar gəlməyə başladı. Bunları kimlərin yazdığını bilmirdim. Axı xəstələrim məndən çox razı idi. Ailəm də  bu səbəbdən daha Bakıya gəlməyimi istəmirdi. Ancaq müraciətlərin ardı-arası kəsilmirdi. Bu dəfə cəhd edib  Gənclikdə yerləşən Medikal Plaza klinikasına müraciət etdim. Müsbət cavab aldıqdan sonra xəstələrimə fb və digər sosial şəbəkələr vasitəsi ilə bildiriş göndərdik. Qısa  zamanda onlarla xəstə növbəyə yazıldı.
Ertəsi gün bu klinikadan da mənə razılaşmanın gücdən düşdüyünü bildirən zəng gəldi. Bu dəfə tək Milli Onkologiya rəhbərliyi tərəfindən deyil həmçinin Səhiyyə Nazirliyindən də klinikaya məni uzaqlaşdırmaq əmri verildiyini öyrəndim.

Dəqiq diaqnoz qoya bilməyən dəqiq müalicə edə bilməz

- Hamdi bəy, siz Milli Onkologiya Mərkəzinin rəhbərliyinə necə mane olurdunuz axı? Hansı hərəkətiniz və ya sözünüz işdən çıxarılmanıza səbəb olurdu, onların xoşuna gəlmirdi?   

- Bilirsiz, onkologiya sahəsi dəqiq fakta əsaslanan bir sahədir. Siz kiməsə “sən xərçəng xəstəsisən” deyib onu əməliyyat edə bilməzsiz. Bunun üçün əsaslarınız olmalıdır. Bu xəstəliyin varlığını sübut etmək üçün dəqiq diaqnoz potoloji analizin nəicəsində qoyulmalıdır. Təəssüf ki, Azərbaycanda patologiya üzrə bir mütəxəssis var. O da Türkiyədəndir və Milli Onkologiyada çalışır. Əlbəttə ki, bir həkim bu qədər xəstəyə xidmət edə bilməz. Bakıda USM həkimi mamoqrafiya edə bilmir, mamoqrafiya edən USM edə bilmir. Halbuki bu sahə üzrə çalışan həkim həm USM, mamoqrafiya, həm də iynə biopsiyası etməyi bilməlidir.
Dəqiq diaqnoz qoya bilməyən həkim dəqiq müalicə də edə bilməz. Mən bunları deyirdim. Burada süd vəzi xərçəngi diqnozu qoyulan xəstələrin əksəriyyətinin süd vəzisi tamam götürülür. Ancaq Türkiyədə 90% xəstələrdə yalnız şiş əməliyyatla alınır. Patologiya üzrə 1 mütəxəssisi olan, əməliyyatdan sonra şüaterapiyası vacib olduğu halda bu cihazların yoxluğu və ya onları işlədə bilən mütəxəssis qıtlığı olan Azərbaycanda süd vəzisinin bütöv alınması daha rahat bir yol kimi görünür. Mən azərbaycanlı həkimləri  başa düşürəm. Onlar daha asan və etibarlı yolu seçir.
Mən süd vəzisində olan əməliyyata ehtiyacı olmayan fibrodinomaların burada əməlliyyat olunduğunu gördüm. Hətta mastopatiyanın bir xəstəlik kimi müalicə olunduğunu ilk dəfə burada eşitdim. Türkiyədə, Almaniyada, Fransada illərlə bu sahədə işləmiş həkim kimi əlbəttə bu mənə çox təəccüblü gəlirdi. Və mən gördüklərimi gizlətmirdim açıq dedim.
Bu da onların etirazına səbəb oldu.

Əməliyyat olunmamalı xəstələr əməliyyat edilir

- Dediklərinizdən belə aydın olur ki, Azərbaycanda onkologiya sahəsində çatışmazlıqlar çoxdur.
- Azərbaycan telekanallarında çıxdığım proqramlarda mastopatiyanın xəstəlik olmadığını, onun üçün insanlara dərman yazmayın, ölkənizdə əməliyyat olunmalı xəstələri yox, əməliyyat olunmaması gərəkən xəstələri əməliyat edirlər deməyim Milli Onkologiya Mərkəzinin rəhbərliyi və  həkimləri tərəfindən böyük etirazla qarşılanmışdı.
Burda 17-18 yaşlı gənc qızları əməliyyat edirlər. Bakıda işlədiyim müddətdə 2000 qadını müayinə etdim inandırım sizi onların əksəriyyətinə Milli Onkologiya Mərkəzində gərəksiz olduğu halda əməliyyatın vacib olduğunu demişdilər.
Mən bu 2000 qadının sadəcə 50 nəfərinə əməliyyat olunmağı  vacib saymışdım. Bütün bunlar yəni həqiqətlər bu  qurumun rəhbərliyini mənə düşmən edib.

Xəstələrim mənə görə imza topladılar

- Başqa xəsəxanalara müraciət etmisiz?
- Əlbəttə. Amma mən artıq Bakıda işləmək üçün xəstəxana tapa bilmirəm. Xəstələr inciməsin. Hara müraciət etsəm Onkologiya Mərkəzinin rəhbərliyi tərəfindən mənə maneələr yaradılır. Hətta zəng edən kəsin rəhbərin özü olduğu bildirilir.

- Rəhbərlik ilə görüşməyə yenidən cəhd etmisiz?
- Mən qeyd etdim. Onlara işimlə bağlı təqdimat etmişdim. Amma bu onları razı salmadı. Onların onkologiya sahəsindəki fəaliyyətləri mənim peşə prinsiplərim ilə üst-üstə düşmür.
Belə olacağı ağlıma gəlməzdi. Mən Azərbaycanda dəstək görəcəyimi düşünürdüm. Ancaq elə olamdı. Xəstələrim imza toplayıb mənim Bakıya gəlməyim üçün dövlət qurumlarına müraciət etdilər. Ancaq onlara xarici ölkə vətəndaşının burada onkologiya üzrə həkim kimi çalışmasının qanuna  uyğun olmadığı bildirildi. Belə olan halda mən də bir  tədbir görə bilmərəm.   

- Xəsələrinizlə internet vasitəsi ilə əlaqə saxlayıram dediniz.
- Elədir. Indi məni Azərbaycanda gözləyən xəstələrin sayı daha çoxdur. Onlar internet vasitəsi ilə mənə yazırlar. Bəziləri imkan edib Istanbula gəlir. Gələ bilməyənlərin  sayı çoxdur. Onlara gələ bilməməyimin səbəblərini başa salıram. Bu da onlarda təəssüf hissi doğurur.
Mən çox istərdim ki, Azərbaycanda onkologiya sahəsindəki monopoliya aradan qaldırılsın. Axı bu sahə insanların sağlığına xidmət göstərməlidir. Ancaq buna inamım çox  azdır. Mən Milli Onkologiya Mərkəzinin rəhbərinin buna  imkan verəcəyinə inanmıram. Buna görə ümüdünü mənə  bağlayan xəstələrim əziyyət çəkir.

Yorumlar  

 
0 #15 sevinc 03-05-2016 16:45
salam hemid bey menim boyun naihemde sis cixib iki hekime getmisem linfa vezisi deyiler amma neden oldgn demirler lutfen yardim edin
Alıntı
 
 
0 #14 Dr Hamdi Koçer 11-09-2015 10:32
Bu şekilde internetten diagnoz koyamam mümkün değil. Ya oradaki hekimler ile mualice olmanız gerekecek veya gücünüz çatarsa buraya gelmeniz gerekecek. İnternetten önemli bir şeyin var veya yok diyemeyeceğim sehv olur bu.

Alıntılandı Xanim:
Selam Hamdi bey ben bir hafata oncee bogazimda cene altimda linfamin sisdiyini gordum ve ayni gun bogazim agridi ve hhastalandim atesim cikdi sonra bi kac gun sonra bogazimin agrisi gecdi amma linfalar kaldi ve diyer cenemde ve boynumdada kucuk linfa vezlerinin buyuuduyunu fark etdim ve agriyorlar sizlar gibi ve kalp givi vuruyorlar ve dun kan tahhliili yapdirdim chox deyerlrim yukseelmis oncelikle hemoglabin 12 normalse bende 11.2. Leykosit normal 9 sa bende 15.7 .trnbosit normal369sa bende 389 olmus.ben cook korkuyorum lutfen bana bir yol gosterin benim neyim var ? Durumum cok mu kotu ? Lutfen bi cvb yazin .ben hala 25 yasindayim.onceden tesekkurlr
Alıntı
 
 
0 #13 Xanim 06-09-2015 19:57
Selam Hamdi bey ben bir hafata oncee bogazimda cene altimda linfamin sisdiyini gordum ve ayni gun bogazim agridi ve hhastalandim atesim cikdi sonra bi kac gun sonra bogazimin agrisi gecdi amma linfalar kaldi ve diyer cenemde ve boynumdada kucuk linfa vezlerinin buyuuduyunu fark etdim ve agriyorlar sizlar gibi ve kalp givi vuruyorlar ve dun kan tahhliili yapdirdim chox deyerlrim yukseelmis oncelikle hemoglabin 12 normalse bende 11.2. Leykosit normal 9 sa bende 15.7 .trnbosit normal369sa bende 389 olmus.ben cook korkuyorum lutfen bana bir yol gosterin benim neyim var ? Durumum cok mu kotu ? Lutfen bi cvb yazin .ben hala 25 yasindayim.onceden tesekkurlr
Alıntı
 
 
0 #12 Dr Hamdi Kocer 20-07-2015 15:10
Yapılacak kempterapi yöntemi ve verilecek ilaçlara göre fiyatlar değişir. Onkoloji hekimin hastayı görüp ona göre fiyat vermesi gerekir. Hastanızı getirin burada göstereli onkoloji hekimine size fiyat versin.

Geçmiş olsun


Alıntılandı Elvina:
Merhaba Hamdi hocam. Dayıma limfa vezinde kanser oldugunu söylediler. Bizim ailenin yakin dostu var, oda doktor. Çoçukları da rzincanda eyitim alıyorlar. Analiz cevaplarını bi d ona gösterip de ne önermesini istedik. Bakınca çokta kötü bi durum olmadığını söyledi. Yalnız dayıma kimyaterapiya uyqulanması söylenip. Aile dostumuz bize Bakude kimyaterapiya çokta iyi yapılmıyor, söyledi. Türkiyede yaptırmamızı söyledi. Yalnız maadi durumun musait ola bileceyini bilemiyoruz. Siz ne önerirdiniz. Lütfen çocukları hep ağlıyorlar. Orda kimyaterapi almaları ne kadar para ede bilir? Cavaplarsanız çok seviniriz.
Alıntı
 
 
+2 #11 Elvina 20-07-2015 13:38
Merhaba Hamdi hocam. Dayıma limfa vezinde kanser oldugunu söylediler. Bizim ailenin yakin dostu var, oda doktor. Çoçukları da rzincanda eyitim alıyorlar. Analiz cevaplarını bi d ona gösterip de ne önermesini istedik. Bakınca çokta kötü bi durum olmadığını söyledi. Yalnız dayıma kimyaterapiya uyqulanması söylenip. Aile dostumuz bize Bakude kimyaterapiya çokta iyi yapılmıyor, söyledi. Türkiyede yaptırmamızı söyledi. Yalnız maadi durumun musait ola bileceyini bilemiyoruz. Siz ne önerirdiniz. Lütfen çocukları hep ağlıyorlar. Orda kimyaterapi almaları ne kadar para ede bilir? Cavaplarsanız çok seviniriz.
Alıntı
 
 
0 #10 fidan 13-02-2015 19:02
Salam hamdi bey menim qasiq hissemde linfa vezi sismisdi ve meni onkoloqiya xestexanasina gonderdiler onkoloqiyada mene uzi baxdi vezlerin iltihabi dedi sora qadin hekimine gonderdiler ve mende eroziyaoldugunu bildirdiler eroziyamnan biopsita elediler on gune cavabi cixacaq dediler menim linfa vezimin sismesi eroziya ile elaqeli ola bilermi birde men cox qorxuram insallah cavab yaxsi cixar cunki gecem gunduz yoxdu
Alıntı
 
 
+1 #9 Dr Hamdi Koçer 10-01-2014 11:38
Gülnare hanım geçmiş olsun;
Milli onkolojide size xerçeng teşhisi konmuş.
Süd vezi xerçengi ağrı yapmaz.
Teşhis doğru mu yanlış mı bilmiyorum, milli onkolojiye ne kadar güvenmek olur, onu siz daha iyi bilirsiniz.

Eğer gücünüz çatarsa buraya gelebilirseniz, hem diagnozu burada kontrol ederiz ve eğer gerçekten xerçeng ise mualiceyi yaparız.

Bize ulaşmak için 0090 541 411 9000 numaradan arayabilirsiniz .
Geçmiş olsun

Alıntılandı Gulnare:
Doktor lütfen bana cevap yazın .Beni amelyat etmek istiyolar benim ise hiç inamım yok bu tedavüye ve kanser olmama.Benim ne süt vezisinde ne de koltuklarımda hiç bir ağrı yok.Hiç bi zamanda şikayetim olmadı.Soğuk aldım ve üşüttüm bir kaç antibiotik iğnesinden sonra daha dğşümde ne kızartı ne de ağrı kalmadı.Bana bir söz yazın .Lütfenn
Alıntı
 
 
0 #8 Gulnare 09-01-2014 11:24
Doktor lütfen bana cevap yazın .Beni amelyat etmek istiyolar benim ise hiç inamım yok bu tedavüye ve kanser olmama.Benim ne süt vezisinde ne de koltuklarımda hiç bir ağrı yok.Hiç bi zamanda şikayetim olmadı.Soğuk aldım ve üşüttüm bir kaç antibiotik iğnesinden sonra daha dğşümde ne kızartı ne de ağrı kalmadı.Bana bir söz yazın .Lütfenn
Alıntı
 
 
-1 #7 Dr Hamdi Koçer 21-11-2013 14:27
Uşaqların ameliyatları ile uşaq cerrahları ilgileniyor.
Eğer istanbula gelirseniz burada ben sizi bir hekime yönlendiririm.

Geçmiş olsun.

Alıntılandı Rais:
Dr Hamdi bey okudum aslinda bir kardes olkenin vatandasi gibi utanc duydum bence aslında sizin uzmanlardan öyrenmek gerekdir ki bizlerdede böyle iyi doktorlar olsun ve fakir vatandaşlarımız başqa bir ölkeye gide bilecek kadar zor duruma düşmesinler. Birde benim bir sorum var oğlum şu an 2 aylıq doğduğundan biraz sonra öskürdüyünde kasığında şiş oldu doktorlar söyledi kasık yırtığıdır açığı pek güvenmediyim için sizede bir sormaq istedim ben ne yapa bilirim bir tedavüsü varmı ve ya tanıdığınız çocuk doktoru varsa numarasını yaza bilirmisiniz önceden teşekküler
Alıntı
 
 
0 #6 Rais 21-11-2013 13:21
Dr Hamdi bey okudum aslinda bir kardes olkenin vatandasi gibi utanc duydum bence aslında sizin uzmanlardan öyrenmek gerekdir ki bizlerdede böyle iyi doktorlar olsun ve fakir vatandaşlarımız başqa bir ölkeye gide bilecek kadar zor duruma düşmesinler. Birde benim bir sorum var oğlum şu an 2 aylıq doğduğundan biraz sonra öskürdüyünde kasığında şiş oldu doktorlar söyledi kasık yırtığıdır açığı pek güvenmediyim için sizede bir sormaq istedim ben ne yapa bilirim bir tedavüsü varmı ve ya tanıdığınız çocuk doktoru varsa numarasını yaza bilirmisiniz önceden teşekküler
Alıntı
 

Yorum ekle


Güvenlik kodu
Yenile