hekim_1399641480
Hamdi Köçər: ”Azərbaycanda 2 mindən çox xəstə gördüm, bunlardan min nəfəri həkimlər əməliyyata yazmışdılar, amma 100 qadına əməliyyat lazım idi. Qalanlarınin xəstəliyi yox idi”

Qəfil iş saatında xəstəni qəbul etdiyi bir zamanda xəstəxanadan qovulan türkiyəli onkoloq Hamdi Köçərlə sosial şəbəkədə görüşdük. Ondan qovulmağının səbəbini soruşduq. Onun qovulmasının səbəbi sən demə, onkologiyamızın dəhşətli durumu imiş. Həmdi Köçərin qovulmasına səbəb azərbaycanlı həmkarlarına tutduğu iradlar olub.

-Bu gün Azərbaycanda onkologiyanın vəziyyəti necədir?

- Azərbaycanda onkoloqlar xəstəni sağaltmağı deyil, daha çox dərman satmağıvacib bilir. Yəqin ona görədir ki, xaricidən gəlmə həkimlər yerli həkimlərdən çoxdur. Çünki yerli həkimlər onlara müraciət edən xəstələrdə qorxu yaradırlar. Bu yolla, artıq qorxudan hipnoz olmuş pasiyentə istədikləri qədər dərman sırıya bilirlər.

-Azərbaycanda həkimlər niyə görə pasiyentlərə daha çox döş xərçəngi diqanozu qoyurlar?

- Əslində dəqiq diqanozu patoloji mütəxəssis qoymalıdır. Öncə xəstəyə dəqiq diaqnoz qoymaq üçün xəstə orqanından analiz üçün iynə ilə toxuma alınır. Sonra bunu patoloji həkim analiz edir və xəstəyə diaqnoz qoyur. Əgər xəstə xərçəngdirsə onu əməliyyat edirlər.

- Azərbaycanda patoloji mütəxəssis varmı?

-Yoxdur. Milli Onkologiya Mərkəzinə Türkiyədən doktor Levent Albayrak gəlmişdi. Amma indi bilmirəm.

Mütəxəssis olmadığı üçün Azərbaycanda xəstələrə yalandan xərçəng diaqnozu qoyulur. Ən dəhşətlisi isə odur ki, adi cərrahlar Azərbaycanda xərçəng diaqnozu qoyur və dəqiqləşdirmə aparmadan əməliyat edirlər. Onkoloq isə xəstənin əlində analiz kağızı olmadan müalicə yazır. Kimin kimi əməliyyat etdiyi bəlli deyil.

Həkim xəstəni xərçəngdən əməliyyyat edir. Amma xəstənin əlində dəqiq analiz kağızı yoxdur. Çünki Azərbaycanda bir nəfər də olsun beynəlxalq dərəcəli patoloji mütəxəssis yoxdur. Azərbaycanda onkologiyanın təməlində patoloji mütəxəssisin yoxluğu problemi dayanır.

Əgər biz Türkiyədə əlimizdə dəqiq diqanoz kağızı olmadan süd vəzi əməliyyatı aparsaq həkimlik fəaliyyətimizə son qoyarlar, hələ üstəlik, məhkəməyə də verərlər.

Biz Türkiyədə bütün süd vəzisinin əməliyyatlarına pataloji uzmanla girirk. Pataloji uzman əməliyyat zamanı çıxardığımız toxumu yoxlayır. Bilirsiz niyə? Çünki həkim dəqiqləşdirməlidir ki, görsün xərçəngə yoluxmuş toxuma tam çıxarıldımı, ətrafı təmizləndimi? Patoloji uzman bizə artıq toxumanın tam çıxarıldığı və ətrafının təmizləndiyi haqda məlumat verdikdən sonra biz əməliyyatı bitiririk.

Azərbaycanda 5-10 patoloji həkimi (alim deyillər) var ki, onlar da Avstriya, Türkiyə, Rusiya kimi ölkələrdə bir-iki ay kurs keçib vəssalam. Onlar uzman deyillər.

-Türkiyədə onkologiya bir sahə kimi çox geniş inkişaf edib. Azərbaycanda türk həkimərin dəstəyi ilə bu sahəni inkişaf etdirmək mümkün deyil?

- İki il əvvəl Türkiyədən Azərbaycana Levent Albayrak adında mütəxəssis gəldi və onkologiyada patoloji lobaratoriya qurmaq istədi. Amma bilmədim qurdumu, işləyə bildimi, indi xəbərim yoxdur.

Azərbaycanda sırf bu sahədə 4 il ixtisaslaşmış, beynəlxalq dərəcəli diplom almış alim yoxdur.

-Siz müsahibələrinizdən birində Azərbaycanda həkimlərin qadınlara tez-tez diaqnozunu qoyduğu mastopatiyadan danışmışdınız.

- Azərbaycanda Şaxta baba mifi kimi uydurulmuş bir xəstəlik var-mastopatiya. Əslində mastopatiya adlı xəstəlik yoxdur. Azərbaycanda mastopatiya deyilən xəstəlik əslində süd vəzisinin normal quruluşudur.

Hər bir qadının süd vəzisi ağrıyır, bu, normal haldır, qadının süd vəzisi ağrımalıdır. Çünki qadının fizionomiyasında bu, çox normaldır.

Qadınlarda ostrogen və progesterone adlı iki hormon var. Bu hormonlar qadının ana olmasını, doğmağını və əmizdirməsini təmin edir. Bu harmonlar hər ay qadını hamilə qalmağa, ana olmağa hazırlayır. Süd vəzisi bu zaman sanki süd verəcək, uşaq əmizdirəcək hal alır. Ona görə də süd vəziləri şişir, dolğunlaşır və böyüyür. Bu zaman ağrıların olması çox normaldır. Uşaqlıq da bu harmonlara cavab verir və uşaqlığın içi uşaq üçün hazırlaşır. Bu zaman qadının hamilə olmadığını anlayınca uşaqlığın iç təbəqəsinin səthi qanayır qanaxma başlayır, yəni qadın aybaşı olur. Süd vəzisi də yenidən kiçilir və sanki vulkana dönən süd vəzisi indi sönməyə başlayır, yumşalır.

Bu dəyişikliklər hər qadında hər ay olur. Azərbaycanda isə həkimlər süd vəzisindəki bu dəyişikliyə mastopatiya adı qoyub müalicə edirlər.

Süd vəzisindəki bu aylıq dəyişmə, yəni fizioloji dəyişməni Azərbaycanda həkimlər müalicə edirlər. Bu hal əslində Azərbaycan səhiyyəsinin faciəsidir. Yəni mastopatiyanı müalicə etmək sanki “niyə aybaşı olur” deyib aybaşını müalicə etmək qədər gülüncdür.
Bax bu mastopatiya adlandırdıqları xəstəliyin müalicəsi üçün Azərbaycan həkimləri zavallı qadınlara torbalarla dərman yazır və qadınlar da bu dərmanları illərlə qəbul edirlər.

- Heç olmaya bu torbalarla dərmanlar ağrıları, yəni aybaşı öncəsi ağrıları sakitləşdirirmi?

- Təbii ki, yox. Bax məni də Azərbaycandan qovulmağımın səbəbi bütün bunları açıqlamam oldu.

Azərbaycanda olarkən mastopatiyadan illərlə müalicə alan qadınalardan soruşurdum ki, bir fayda gördünzmü bu dərmanlardan. Hər zaman eyni cavabı alırdım-yox.

-Burda bizim qadınlarda da günah var. Çünki az oxuyurlar, öz xəstəlikləri ilə bağlı özləri araşdırma aparmırlar, hər şeyi savadsız həkimlərin öhdəsinə buraxırlar, üstəlik, müalicə təsir etmirsə o zaman onu niyə davam etdirirlər illərlə?

-Qadınlara bu sualı veridim. Onların sözlərinə görə, həkim deyir ki, bu dərmanları qəbul etməsən mastopatiya xərçəngə çevriləcək. Yəni həkimlər olmayan xəstəliyin diaqnozunu qoymaqla yanaşı, qadınları qorxudub psixikasını da pozurlar. Çünki bu qadınlara torbalarla yazdıqları dərmanları bu yolla qəbul etdirirdilər. Bu isə qadınlara qarşı çox böyük rəzalətdir.

Bakıda olanda dəhşətə gəldim. Həkimləriniz qadınları olmayan xəsətlikdən müalicə edirlər. Onlara hormonal fəaliyyəti pozan o qədər dərman verirlər ki, bəlkə 20-dən çox qadının tamoxifen və ya fareston dərmanlarını kəsdim. Bu iki dərman xərçəng üçündür. Bu dərmanlar xərçəng olan qadınların hormonlarını bağlayır. Amma əks göstəriciləri də var. Tamoxifen və fareston çox istifadə edəndə uşaqlıq boynununda xərçəng yaradır. Biz bu dərmanları bəzi süd vəzi xərçəngi olanlara veririk. Azərbaycanda isə həkimlər bu dərmanları qadınlara sanki şirniyyat verir kimi verirlər, özü də sapsağlam qadınlara.

-Ümumiyyətlə, süd vəzisinin ağrılarından necə xilas olmaq olar?

- Xəstəlik deyilən bu mastopatiyanın bir əlacı var əslində. Özü də müaliccəsiz. Qadınlarda klimaksdan sonra hormonlar kəsilir. O zaman artıq uşaq doğmaq şansını itirən qadınların süd vəzisi nə ağrımır, nə də şişmir. Bu isə 50 yaşdan sonra olur. Bu zaman kistalar da sovrulur.

Azərbayanda mənim gördüyüm 2000 xəstənın çoxuna Bakıda əməliyyat diaqnozu qoyulmuşdu. Bu qadınların çoxunun heç bir xəstəliyi yox idi, sağlam idilər. Çünki süd vəzisinin bir xəstəliyi var: xərçəng. Xəstənin xərçəngi yoxdursa, heç bir xəstəliyi yoxdur.
Süd vəzisini ancaq bir halda əməliyyat etmək olar, əgər xərçəng varsa. Süd vəzisində başqa müalicə tələb edən xəstəlik yoxdur. Masit ola bilər, o da ki qorxunc xəstəlik deyil.

-Azərbaycanda, ümumiyyətlə, mamologiya necə inkişaf edib?

- Azərbaycanda UZİ edən beynəlxalq radioloq çox azdır. Xəstələrin diaqnoz kağızını al qoy yanaşı və müqayisə elə. Eyni xəstə, eyni süd vəzisi və eyni gündə verilən iki kağızda diaqnoz tamamilə fərqlidir. Biri xərçəng deyir, digəri normaldır yazır. Azərbaycanda 2-3 sm xərçəngi görməyən UZİ həkimləri var. Onların heç birinin nəinki beynəlxalq alimlik dərəcəsi yoxdur, heç adicə həkimliyi də bacarmır.

Bəziləri Türkiyədə xəstəxanalarda 6 ay kurs keçib gedir Azərbaycanda özünü böyük həkim kimi təqdim edir. Azərbaycanın Səhiyyə Nazirliyi də belə xəstəxanalarda kurs keçənləri UZİ həkimi kimi təqdim edir.

Amma dünyanın heç bir yerində belə kursda nəsə öyrənənlərə diplom verib həkim deyilmir və hansısa xəstəni etibar etmirlər.
Bütün dünyada radioloji mütəxəssis var. 4-5 il təhsil alır və radiologiya uzmanı olur. Azərbaycanda isə süd vəzisini UZİ ilə müayinə edən həkim mamoqrafiyadan xəbərsizdir.

UZİ həkimi 6 ay kurs keçib Türkiyədə, mənə deyir ki, mamoqrafiyanı bilmirəm. Onun qoyduğu diaqnoz nə dərəcədə düzgün ola bilər?

Əslində, həkim həm UZİ, həm də mamoqrafiyanı bilməlidir.

Türkiyədə radiologiyada çalışan bütün həkimlərin beynəlxalq alimlik dərəcəsi var.

Azərbaycan səhiyyəsində beynəlxalq alimlik sistemi qurulmayıb. Milli onkologiya sözünün özü gülməlidir. Milli futbol klubu olur, milli onkologiya, milli xərçəng xəstəliyi olmur. Xəstəliyin də millisi olar? Niyə milli lor, milli kordioloq olmur, amma milli onkoloq olur? Azərbaycanlıların xərçəng xəstəliyi ilə ingilisinki fərqlidirmi? Hamısı eyni xəstəlik deyilmi?

Ola bilər, məsələn, zavallı qadınlara yalandan mastopatiya adlı xəstəlik (həkimlərinizin sayəsində buna artıq azərbaycanlıların milli xəstəliyi demək olar) yaradıb, buna torbalarla dərman yazıb içirtməyi milliləşdirdiklərindən yəqin, onkologiya da milli olub.

Türkiyəyə ən çox xəstə Azərbaycandan gəlir. Bilirsinimzi hansı xəstəlikdən? Xərçəngdən gəlirər. O zaman Azərbaycan dövləti Milli Onkologiya Mərkəzi yaradıb, niyə bu qədər vəsait xərcləyir ki? Hazırda İstanbulda onkoloji mərkəzdə çalışıram, xəstələrimin çoxu azərbaycanlılardır. Ən çox da süd vəzi xərçənginin diqanozu ilə qadınlar gəlir. Hər ay ən azından 15 azərbaycanlı xəstə qəbul edirəm. Hər ay 3-4 azərbaycanlını xərçəng əməliyyatı edirəm. Bakıda imkan vermirlər ki, mən çalışım. Xəstələrim min bir əziyyətlə 3-6 aydan Türkiyəyə gəlirlər.

Milli Onkologiya Mərkəzinə konfrans təşkil etdim. Xəstələrə Bakıda görüşməyimə icazə istədim, amma imkan vermədilər. Amerika süd vəzi cərrahları namizədiyəm.

Dedilər ki, “doctor, istəyirsən əməliyyatını burda elə, amma biz xəstənə şüa və kimyaterapiya verməyəcəyik. İstanbula yollayarsan, istsən xəstələri burdan apar, istanbulda əməliyyat elə.

Dedim “iki dövlət, eyni milllətik” , amma xeyri olmadı.

Azərbaycanda milli onkoloji sistem qorxu və təhdid üzərində qurulub. Həkimlər qorxudur ki, filan dərmanı almasan xərçəng olacaqsan.

Cavan-cavan qızları kista deyib əməliyyat edirlər. Xəstəni aldadırlar ki, kistanı çıxarmasaq xərçəngə çevriləcək. Aybaşı ağrısı olan qadına xərçəng diaqnozu qoyub uşaqlığını çıxarırlar.

Neçə azyaşlı qız gördüm ki, süd vəzisi inkişaf etmədən fibroadenomları götürüblər. Azərbaycanda onkologiyanın durumu çox ağırdır. Amma yardım etmək istəyənlərə də imkan vermirlər, ölkədən qovurlar.

Arzu Abdulla
İnterpress.az

http://interpress.az/news.php?id=8870#.U2-g3CjPuBB

Yorum ekle


Güvenlik kodu
Yenile