zemfira

Əllə müayinə zamanı süd vəzimdə düyünlər olduğunu aşkarladım. Bu səbəblə süd vəzisi ilə bağlı xəstəlikləri, onların müalicə metodlarını və bu müalicəni həyata keçirən həkimlər barədə internet vasitəsilə axtarış apardım və bu vasitə ilə Dr Hamdi Koçer ilə tanış oldum.

Xəstəlik və müalicəsinə yanaşma tərzini bəyəndiyim və etibarlı hesab etdiyim üçün Dr Hamdi Koçerin qəbulunda olmağa üstünlük verdim. Eyni zamanda, Hamdi bəyin öz işinin peşəkarı olması və dəyərli məsləhətləri mənim İstanbulda müalicəmi davam etdirmə qərarımda təsirli oldu.

İstanbulda olduğum müddətdə tibbi personalın göstərdiyi qayğı və xəstəxananın rahat şəraiti məni çox məmnun etdi. Hal-hazırda Bakıya dönüb müalicəmi davam etdirirəm. Ümid edirəm ki, bütün xanımlar sağlamlıqlarının keşiyində durub mütəzəm olaraq həkim müayinəsindən keçəcəklər.


Yorum ekle


Güvenlik kodu
Yenile