no-image

Bakıda mammoqrafiya edən doktor xanım bu işin mütəxəssisi kimi bizə doktor Hamdi bəyi tanıtdı. Sonradan internet vasitəsi ilə doktorun fəaliyyəti haqda maraqlandıq və Bakıda sizin koordinatorlarla əlaqə saxladiq. Sonrası isə bir göz qırpımında Elnarə və Günəş xanımın köməyi ilə düzüldü.

İnsan həyatı o qədər dəyərlidir ki, onu ancaq mütəxəssislərə etibar etmək olar. Bu qərarı verməyimizə yüksək səviyyədə müayinə və mualicə almaq istəyimiz təsir etdi.

İstanbuldakı xəstəxanadan çox razı qaldıq.Təyyarədən enər enməz yüksək səviyyədə qarşılandıq otelə yerləşdirildik. Səhəri gündən etibarən müayinələrə başlandı. İlk öncə mütəxəssis həkim-diaqnostların köməyi ilə düzgün diaqnostika aparıldı. Sonra doktor Hamdi bəy tərəfindən əməliyyat qərarı verildi. Çox razı qaldiğımız amillərdən biri də o idi ki, atılan hər bir addım, verilən hər bir qərar mən və ailə üzvlərimə aydın şəkildə çatdırılırdı. Əməliyyat yüksək səviyyədə aparıldı, hər hansı bir fəsadsız nəticələndi. Xəstəxananın hər bir şəraiti bizi razı saldı.

Bakıya döndükdən sonra hər həftə Türkiyədən gələn həkimlər tərəfindən müayinə edildik və hələdə müalicəmizi davam etdiririk.

Əvvəla heç kəsə belə bir problemlə üzləşməsini arzu etməzdim , amma kimdəsə belə bir diaqnoz duysam ürəklə sizin xəstəxananızı və doktor Hamdi bəyi məsləhət görərdim.

Yorum ekle


Güvenlik kodu
Yenile