
İlahə Atakişiyeva
Radioloji uzmanı
1985 – ci ildə Bakı şəhərdində dünyaya gəlmişdir.2003 – cü ildə orta məktəbi bitirmiş,həmin ildə Bakı şəhərində Odlar Yurdu Universitetin Tibb Fakültəsinin Müalicə işi profilaktikası bölməsində oxumuşdur.2009 – cu ildə Tibb fakültəsinin müalicə işi profilaktikasını bitirərək Diplom almışdı. 2006 – 2009 cu illərdə Bakı şəhərində yerləşən Prof. Ə.F.Qarayev adına 2 saylı kliniki uşaq xəstəxanasının Somatik Reanimasiya şöbəsində gecə növbəsində tibb bacısı vəzifəsində işləmişdir.2009 – 2010 cu ildə Oksigen Kliniki Xəstəxansında Radiologiya bölümündə Həkim interna vəzifəsində işləmiş və Səhiyyə Nazirliyinin Tibb Universiteti tərəfindən Radiologiya ixtisası üzrə Sertifikat almışdır.Universitetdə oxuduğu müddətdə Tələbə Elmi Cəmiyyətinin Sədir müavini olmuşdur.2009 – cu ildə Ali Məktəb Tələbələrinin XXI Respublika Elmi Konfransında elmi məruzə ilə çıxış etmiş, Diploma layiq görülmüşdür. İki elmi əsəri , 25 məqalənin müəllifidir.2010 – 2011 ci illərdə 1 il müddətində Türkiyənin Antaliya şəhərində Akdeniz Üniversitetinin Hastanesinin Radioloji Anabilim dalı şöbəsində Həkim stajor vəzifəsində işləyərək , çoxlu sayda xəstəliklərin ilkin və gedişatını araşdırmışdı.Olduğu dövürdə xəstəxana daxilində keçirilən seminarlarda iştirak etmişdir.Hal hazırda Bakı şəhərində Həkim Radioloq kimi fəaliyyət göstərir.
13 ildir ki, antik əşyalarla maraqlanır və ən sevdiklərindən kolleksiya hazırlayır.Sərbəst vaxtlarında rəsim əsərləri ilə məşqul olur.Subaydır.