1962-ci ildə İstanbulda dünyaya gəlmişdir. Orta məktəbi və Liseyi Kadıköy Maarif Kolleci ya da yeni adı ilə İstanbul Anadolu Liseyində bitirmişdir. İstanbul Tibb Fakultəsində oxumuşdur. 10 il Ümumi Cərrah olaraq işləmişdir.
İxtisas aldıqdan sonra, Heydərpaşa Nümunə Xəstəxanası Organ Transplantasiyası Mərkəzinin qurulma müddəti və həyata keçirilən ilk transplantasiya əməliyyatlarında işləmişdir. Sonra isə Kartalda yerləşən Lütfi Kırdar Təhsil və Araşdırma Xəstəxanasına keçmişdir. Burada işlədiyi zaman ərzində əvvəlcə 2 ay Paris Paul Brousse Xəstəxanasında Qaraciyər və Öd yolları cərrahiyəsi klinikasında, sonralar isə təxminən 1 il Nürnberg Erlangen Frederich Alexander Üniversitetində ümumi cərrahi klinikada işləmişdir.
Səhiyyə Nazirliyindəki vəzifəsindən 1998-ci ildə istefa etmiş və İstanbul Cərrahiyə Xəstəxanasına keçmişdir. İstanbul Cərrahiyə Xəstəxanasında 10 il ümumi cərrahiyə mütəxəssisi olaraq işləmişdir. 2007-ci ildə Jinemed Xəstəxanasına keçmişdir və son 2 ildir ki, bu xəstəxanada işləyir.
20 ildir həvəskar olaraq fotoqrafçılıqla məşğuldur. Əsasən içində insanlar olan şəkillər çəkir. Off Road və Təbiət İdmanları hobbiləri arasındadır.
Evli olan Hamdi Koçərin bir qızı var.
|
Niyə Məhz İstanbulda Müalicə |
Süd vəzisi əməliyyatları iki səbəblə aparılır... |
| Diaqnoz necə qoyular ? | Süd Vəzisi Xərçəngi Üçün Risk Faktorları |
| Mastopatiya | Növbətçi Limfa Vəzilərinin Biopsiyası |
| Qadınlar nə zaman həkimə müraciət etməlidir ? | süd vəzimdə əlimə bərklik, şiş gəlir nə etməliyəm? |
| Laqeyd yanaşmamaq lazımdır... | İdmanın önemi... |

Bu sened Dr Hamdi Koçer 'in, " Amerikan Sud vezi Cerrahlari Birliyi"nin uzvu oldugunu ve sud vezisi emeliyyatlarini etmeye beynelxalq icazesi oldugunu gosterir.
![]() |
![]() |
![]() |
![]() |
![]() |