000-tiroit beziQalxanabənzər vəzinin ifraz etdiyi iki mühüm hormon vardır: T3 və T4. Bu hormonların immun sistemini nizamlayıcı vəzifələri var. Qalxanabənzər vəzinin lazım olandan çox hormon ifraz etməsi və buna bağlı olaraq, meydana gələn şikayətlər tibb dilində hipertiroidizm adlanır.

Hipertiroidizmdə immun sisteminin sürətlənməsinə bağlı olaraq şikayətlər meydana gəlir. Bunlara iştahanın yaxşı olmasına baxmayaraq çəkinin itirilməsi, istirahət halında nəbzin dəqiqədə səksəndən çox vurması, təzyiqin yüksəlməsi, istiyə qarşı dözümsüzlük və gecə tərləmələri, yuxusuzluq, əsəbi olmaq, dərinin davamlı olaraq nəmli/tərli olması, əzələ ağrıları və aybaşının müntəzəm olmaması nümunə ola bilər.

Hipertiroidizmi xəstəlik əvəzinə sindrom yəni, simptomların cəmi olaraq adlandırmaq daha doğru olar. Çünki bir çox səbəbdən qaynaqlanır. Hipertiroidizm daha çox qadınlarda rast gəlinir. Məlum olan əlamət verdiyindən dəqiq diaqnozu da çox asandır.

Əlamətləri

Mütəxəssis bir həkim yalnız xəstənin davranışlarını dəyərləndirərək hipertiroidizm faktı ilə qarşılaşdığı nəticəsinə gələ bilər. Xəstə çox sürətli danışır; fikrində tutduğu düşüncələrini bir-birinin ardınca eyni sürətlə sözlərlə ifadə edə bilir; bu səbəblə başqa bir mövzuya keçmək üçün söhbəti kəsir; oturaq haldadırsa, davamlı olaraq vəziyyətini dəyişir; sürətlə qalxır, sonra dərhal oturur; tez yorulur, asan diksinir; telefon zəng çalanda, ya da qapı döyüldüyündə yerindən atılır; gündəlik həyatında hadisələri narahatlıqla qarşılayırlar; dincəlmək lazım olduğunu hiss edərkən, bir tərəfdən də bunun qeyri-mümkün olduğu nəticəsinə gələrlir; gecə az yatırlar; ıstidən çox narahat olduqlarından qışda yüksələn otaq temperaturuna belə dözümsüz olarlar və sərinləmək üçün pəncərləri açırlar; ağlamağa qarşı çox həssasdırlar; hadisələrə verdikləri reaksiyaların balanslı olmadığını çox vaxt özləri də fərqinə varırlar.

Lakin hipertiroidizmin ən mühüm əlaməti titrəmədir. Xəstə bütün bədinində yayılan titrəmə hiss edır. Qolları irəli, barmaqları gərgin, gözləri qapalı vəziyyətdə xəstənin açılmış barmaqları üzərinə kağız qoyulduğunda sürətli və davamlı titrəmə açıq-aydın hiss edilir.

Davranışları ilə yanaşı xəstənin xarici görünüşü də xəstəlik barədə işarə verir. Davamlı tərləyirlər, saçları nazik və seyrək olur. Əzələ kütləsi və dərialtı yağ toxumasının azalması onların arıqlamasına səbəb olur. Bu vəziyyət yalnız hipertiroidizmə xas olmamasına baxmayaraq çox tez-tez rast gəlinən əlamətdir.

Törəmə orqanları pozğunluqları da rast gəlinir. Strukturca və funksional olaraq normal görünməsinə baxmayaraq kişilərdə cinsi istək azalır, iqtidarsızlıq əlamətləri özünü büruzə verir. Qadınlarda ovulyasiya olmadığı menstruasiya tsikli və menstruasiyanın olmaması rast gəlinən əlamətlər arasındadır.

Hipertiroidizmin tipləri

  • Diffuz zob ilə yanaşı rast gəlinən tipi "Basedow", ya da "Graves- Basedow" xəstəliyi.
  • Çox düyünlü zobun rast gəlindiyi hipertiroidizm.
  • Tək düyünlü zobun rast gəlindiyi hipertiroidizm, yəni "Plummer" xəstəliyi.

Müalicə

Hipertiroidizm 3 ayrı yolla müalicə edilir: Cərrahi müdaxilə, qalxanabənzər vəziyə radioaktiv yod verilməsi və qalxanabənzər vəzinin funksiyasını dayandıran dərmanların istifadəsi.

Belə müalicə metodlarından hansının istifadə ediləcəyi xəstəyə görə dəyişir. Bəzən birdən çox müalicə metodu növbə ilə tətbiq edilir. Xəstənin yaşına, xəstəliyin növünə və xüsusiyyətlərinə görə xəstəyə xüsusi müalicə planlanır.

Yorum ekle


Güvenlik kodu
Yenile