Döş Ağrısı və Rastlanma Tezliyi


Döş Ağrısı və Rastlanma TezliyiDöş ağrısı qadınlar arasında çox tez-tez rastlanan bir şikayətdir: hər 3 qadından 2-si arada bir döş ağrısı çəkir.  Xəstələrin bir çoxu həkimə getmir, ancaq üç nəfərdən biri ginekologa və ya döş xəstəlikləri üzrə mütəxəssis olan ümumi cərraha müraciət edir.

Döş ağrıları kontraseptiv dərmanlar istifadə edən qadınlarda daha az problem yaradır,  siqaret çəkənlərdə, çox qəhvə içənlərdə və davamlı stres altında yaşayan qadınlarda isə daha tez-tez rastlanır. Xəstələrin az bir hissəsi müalicəyə ehtiyac ola biləcək dərəcədə ağrı çəkir. Həkimə müraciət edənlər daha çox xərçəng qorxusu ilə gəlirlər. Xərçəng olmadığının ortaya çıxması belə xəstələrin bir çoxunun rahatlamasına və şikayətlərini daha az hiss etmələrinə səbəb olur.

Döş ağrısı həkimə müraciət etmə səbəblərinin ən başında gəlir. Birinci səbəb döş ağrısı, digər səbəb isə döşdə bir kütlənin əl ilə hiss edilməsidir. Hər ikisi də xəstələri bizə gətirdiyi üçün və xəstələrin həkim tərəfindən və radioloji müayinələrini həyata keçirməyimizə imkan verdiyi üçün çox qiymətlidir. Döşdə əl ilə hiss edilən kütlələrin ancaq 10%-i süd vəzisi xərçəngi çıxır. Döş ağrısı ilə müraciət edən xəstələr arasında süd vəzisi xərçəngi rastlanma tezliyi daha azdır.

Döş ağrısını 3 qrupa ayıra bilərik: arada baş qaldıran döş ağrıları, hər zaman narahat edən döş ağrıları və döş xaricində olan döş qəfəsi ağrıları. İlk iki qrup ağrılar süd vəzisi toxuması mənşəlidir, üçüncü qrup isə daha çox döş qəfəsi divarı əzələ və oynaq sistemi mənşəlidir. Bu ağrıları bir-birindən ancaq diqqətli bir müayinə ilə ayırmaq mümkündür.

Ağrının xüsusiyyəti çox vacibdir: aybaşı dövrləri ilə əlaqəsinin olub olmadığı, nə tezliklə yaşandığı, nə qədər çəkdiyi, necə keçdiyi kimi sualların cavabları ağrının diaqnostikası baxımından həkim üçün vacib məlumatlardır.

 

Döş ağrısı üçün tədbirlər və müalicələr:

Döş ağrısı çəkən xəstələrin çoxu bunun səbəblərini öyrəndikdən sonra və özündə heç bir problem olmadığını anlayanda rahatlayır. Sadəcə xəstələrin 3%-nin ağrı şikayətləri tibbi müalicə tələb edir.

Bəzi tədbirlər ilə xəstələrin döş ağrılarını daha asan keçirmələri mümkündür: Xüsusilə bərk byustqalter istifadə etmək, ağrılı vaxtlarda, gecələr də çıxarmamaq xəstələrin böyük hissəsini rahatlaşdırır. Aybaşıdan əvvəlki dövrdə döşlərdə ödem olduğuna görə xüsusilə bu dövrdə su ve duz qəbulunu azaltmaq, hətta lazım gəlsə, sidikqovucu dərmanlardan istifadə etmək faydalıdır.

Döş ağrısı olan xəstələrin siqaret istifadə etməmələri, qəhvəni kəsmələri və ya azaltmaları da ağrıları azaldacaq. Elmi tədqiqatlarda, pəhrizdəki yağ səviyyəsinin azaldılmasının da ağrını uzun müddətlik azaltdığı göstərilmişdir.

Döş ağrısı olduğu vaxtlarda sadə ağrıkəsicilərdən istifadə edilə bilər. Daha ciddi dərmanların istifadəsi üçün xəstənin ən az 6 aydır davam edən və gündəlik həyat komfortunu pozan ağrısı olmalıdır. Istifadə olunan dərmanların tərkibində hormon olduğuna görə və ya bədəndəki hormonlar üzərində nizamlayıcı təsiri olduğuna görə ciddi yan təsirlərə malikdir: ürək bulanması, depresiya, aybaşı pozğunluğu, baş ağrısı, səsin qalınlaşması və tüklənmə kimi.

Ağrılı dövrdə mammoqrafiya çəkdirib sonra isə mammoqrafiyanın ağrılı olduğundan şikayət etmək, bu yersiz qorxunun cəmiyyətdə yayılmasına vasitəçi olmaq, hətta bu qorxu səbəbi ilə həyatında heç vaxt mamoqrafiya çəkdirməmiş və inkişaf etmiş dərəcədə gecikmiş süd vəzisi xərçəngi ilə bizə müraciət edən xəstələrin məsuliyyətinə ortaq olmaq deməkdir. Bu mövzunun sosial bir məsuliyyət olduğunu unutmayaq: ağrılı dövrlərdə mammoqrafiya cəkdirməyək.

Ağrılı dövrlərdə mammoqrafiya çəkdirilməməsinə diqqət göstərmək lazımdır. Mammoqrafiya təcili bir müayinə metodu olmadığına görə aybaşı bittikdən sonra çəkildiyi zaman həm nəticələr daha doğru olacaqdır; həm də çox rahat və komfortlu bir müayinə həyata keçiriləcəkdir.


Yorumlar  

 
+1 #26 Dr Hamdi Koçer 28-04-2016 07:34
Muayene olmadan daqiq bir şey diyemeyeceğim.
Bilmiyorum yani.


Alıntılandı rehile:
Anamun iki dosu agyir nece vaxti solda cox agir olur gece pis agyir neden ola biler
Alıntı
 
 
-1 #25 rehile 25-04-2016 13:07
Anamun iki dosu agyir nece vaxti solda cox agir olur gece pis agyir neden ola biler
Alıntı
 
 
0 #24 Dr Hamdi Koçer 11-04-2016 15:09
Günel selam,

Fibroadenomları n hiç bir tehlikesi yoktur. Fibroadenom olduğundan eğer emin isek.

Ancak büyümeye devam ediyorsa çıkarmak gerekebilir.

Alıntılandı Gunel:
Salam hekim. Menim sag dosumde 3.7 sm fibroadenoma var. Emeliyyata ehtiyac varmi? Etdirmesem gelecek adina ne kimi tehlukesi var? Bir ay sonra toyum olacaq. Ne tovsiyye edirsiniz?
Alıntı
 
 
+1 #23 Gunel 08-04-2016 19:36
Salam hekim. Menim sag dosumde 3.7 sm fibroadenoma var. Emeliyyata ehtiyac varmi? Etdirmesem gelecek adina ne kimi tehlukesi var? Bir ay sonra toyum olacaq. Ne tovsiyye edirsiniz?
Alıntı
 
 
0 #22 aygün 30-01-2016 23:37
yaş 33. her 2 döşümde, yanlarda linfa düğümleri var ve ağrı verir. boğazımdada var. amma döşümdeki linfalarda ağrı vardır. tavsiyeniz nedir? teşekkürler
Alıntı
 
 
+2 #21 Ayten 30-12-2015 13:59
Salam doktor menim 23 yasim var2 cocugum var ogluma sud verirem ve mende son 2 aydi sag qolumda agrilar var elimde bas barmaq arasinda sis cixib balaca sinemdede fibreadenoma ve kistalar var qolumun agrisi ondan ola biler? Ele biliremki men uje kanserem oyle dusunurem.cvb versez sevinerem.tesekkurler.
Alıntı
 
 
+1 #20 Dr Hamdi Koçer 11-12-2015 10:28
Fazile,

Hastalığın daqiq diagnozunu koymak ve senet ile belgelemek lazım önce. Sonra müaliceye başlanır veya operasyon ameliyat yapılır. Daqiq diagnoz olmadan hekim neyi müalice ediyor, neyin ameliyatını yapıyor ?

Benim meslehetim İstanbula gelin, iğne biyopsisi ile toxuma örneği alalım. 2 gün sonra daqiq diagnoz çıkar: xerçeng mi değil mi senet ile size rapor veririz. Daha sonra nasıl bir mualice yapılacak onu da size söyleriz. İsterseniz daha sonraki mualicesini de yaparız.

Alıntılandı fəzilə:
Salam doktor.anamin sag döşünde 3töreme aşkar olunub.biri nahamar sethe malikdir ve hemin töremenin ölçüsü 16mm.diger ikiki töreme 12 ve 13mm.meni narahat eden nahamar sethe malik olan töremedir.anamin 55yaşı var.biopsiyanın cavabi xoş oldu.hekim döşü bütöv götürmeyi meslehet etdi ve dedi sonra kimyaterapiya da edek ki tam rahat olsun.sizce ehtiyac varmi kimyaya döş tamam götürüləndaən sonra.önceden teşekkürler size.
Alıntı
 
 
+1 #19 fəzilə 11-12-2015 09:26
Salam doktor.anamin sag döşünde 3töreme aşkar olunub.biri nahamar sethe malikdir ve hemin töremenin ölçüsü 16mm.diger ikiki töreme 12 ve 13mm.meni narahat eden nahamar sethe malik olan töremedir.anamin 55yaşı var.biopsiyanın cavabi xoş oldu.hekim döşü bütöv götürmeyi meslehet etdi ve dedi sonra kimyaterapiya da edek ki tam rahat olsun.sizce ehtiyac varmi kimyaya döş tamam götürüləndaən sonra.önceden teşekkürler size.
Alıntı
 
 
-1 #18 Op Dr Hamdi Koçer 14-03-2015 09:54
Hekime muayene olun

Alıntılandı sara:
Salam doktur menim saq qoLumda qoluk altında aqrı tapılıb tezeliyce Toxunanda biraz berk aqrıyır toxunmadıqca azacıq aqrı verir,bugun dowumun altında qaraltı kimi kruqlıy leke gordum aqrıtmır ancaq ,ne etmeliyem neden ola biler mumkunse cavablandırardı z zehmet olmazsa,evelced en tewekkurler doktur
Alıntı
 
 
0 #17 sara 14-03-2015 09:53
Salam doktur menim saq qoLumda qoluk altında aqrı tapılıb tezeliyce Toxunanda biraz berk aqrıyır toxunmadıqca azacıq aqrı verir,bugun dowumun altında qaraltı kimi kruqlıy leke gordum aqrıtmır ancaq ,ne etmeliyem neden ola biler mumkunse cavablandırardı z zehmet olmazsa,evelced en tewekkurler doktur
Alıntı
 

Yorum ekle


Güvenlik kodu
Yenile