Döş qoruyucu əməliyyatlarda, şiş, ətrafındakı sağlam toxumalarla birlikdə çıxarılır. Süd vəzisinin qalan sağlam toxumaları  mümkün olduğu qədər yerində buraxılır. Çıxarılan toxuma, əməliyyat zamanı xəstə oyanmazdan əvvəl patoloq tərəfindən təhlil edilir. Patoloq çıxan toxumanın doğru yer olduğunu, ətrafında müəyyən miqdarda sağlam toxuma ilə çıxarıldığını yoxlayır.

Cərrahi hüdudlar bütün xərçəng əməliyyatları üçün çox vacibdir. Əgər bu hüdudlar patoloji incələmədə təmiz olaraq müəyyənləşdirilməmişdirsə,

yenidən kəsik aparılır. Patologiya üzrə mütəxəssisin gösterdiyi nahiyədən daha çox toxuma çıxarılır. Məqsəd, əməliyyat bitdikdən sonra görülən 1 ədəd belə xərçəng hüceyrəsinin qalmamasıdır. Beləliklə, xərçəngin qısa müddətdə yenidən baş qaldırması riski çox azalar.

Süd vəzisində xərçəngli kütlə və ya toxumanın çıxarılmasına lumbektomiya, tumerektomiya və ya geniş lokal kəsik aparılması deyilir.  Bu cərrahi müdaxilədən sonra həm döş üzərindəki kəsik izi, həm də qoltuq altındakı kəsik izi olduqca kiçikdir və estetik olaraq narahatlıq verə bilən görünüşə sahib deyildirlər.

Bir başqa döş qoruyucu xərçəng əməliyyatlarından biri də kadranektomiyadır. Bu əməliyyat bugün daha az həyata keçirilir. Bu əməliyyatda şişin geniş lokal kəsik aparılaraq alınmasıdır, ancaq cərrah döşün ¼-ni çıxarır. Kadranektomiya əməliyyatının estetik nəticələri tumerektomiya qədər müsbət olmaya bilər. Hər iki döşün eyni və simmetrik olmasını təmin etmək üçün xəstələrin döşlərində çıxarılan kadran nahiyəsinə rekonstruktiv cərrahiyə aparılması lazım gələ bilər.

Bütün döş qoruyucu əməliyyatlardan sonra xərçəng hüceyrələrinin qalma riskini maksimum dərəcədə azaltmaq üçün MÜTLƏQ radioterapiya aparılmalıdır. Xəstənin yaşadığı bölgədə radioterpaiya imkanı yoxdursa və radioterapiya həyata keçirilən yerdə müəyyən müddət qalma ehtimalı yoxdursa, döş qoruyucu əməliyyat aparılmamalıdır.

Yorum ekle


Güvenlik kodu
Yenile