Qalxanabənzər Vəzi - İstanbulda Mualice

guatr3-s

Zob xəstəliyi bir-birindən fərqli xəstəliklər qrupudur. Bunların arasında çox azının əməliyyata ehtiyacı var. Ümumi olaraq iki səbəblə əməliyyat edilir:

1-Zəhərli zob varsa

2-Qalxanabənzər vəzinin xərçəngi varsa

guatr2-s

Qalxanabənzər vəzinin xərçəngi diaqnozu qoyuldusa, kədərlənməyin. Əməliyyat ilə bu xəstəlikdən 100% xilas ola bilərsiniz. Yalnız əməliyyat ilə qalxanabənzər vəzinin tam olaraq çıxarılması lazımdır. Geriyə heç bir qalxanabənzər vəzinin toxuması qalmamalıdır.

guatr1-s

Qalxanabənzər vəzinin xərçəngi diaqnozundan USM ilə şübhələnmək mümkündür, ancaq dəqiq diaqnozu iynə biopsiyası ilə qoymaq lazımdır.

qalxanabenzerQalxanabənzər vəzi harada olur və xidmətləri nədir?

Qalxanabənzər vəzi boynun ön qismində yerləşən yetginlərdə ağırlığı 15-25 qr arasında dəyişən və hər biri 3 sm uzunluğa çatan iki pay ilə bu payları bağlayan “isthmus” adlanan körpüdən ibarət kəpənək formasında orqandır. Qalxanabənzər vəzi T3 və T4 hormonlarını ifraz edərək ürək və sinir sistemi ilə əlaqədar funksiyaları yerinə yetirir.