Xərşəng hüceyrələrinin yüksək enerjili X-şüalarıı ilə yox edilməsinə Radioterapiya adı verilib. Radioterapiya süd vəzisi xərçəngi kimi sürətli böyüyən hüceyrələrin yox edilməsində son dərəcə təsirlidir. Bu müalicə sağlam süd vəzisi hüceyrələrine də təsir göstərsə də bunlar zaman içində sağalırlar.
Süd vəzi saxlayıcı cərrahiyyəyə təqiblə uyğulanan Radyoterapiyanın məqsədi cərrahiyyədən qalan şiş hüceyrələrini yox etməktir. Beləliklə xərçəngin geri gəlməsi (təkrarlanma, residiv) riski azalır. Aparılmış kliniki araşdırmalar süd vəzisinin cərrahiyyə sonrası təyin olunan Radyoterapiyanın residiv riskinin %30 dən %10 a düşməsini göstərmişdir. Bu səbəblə bütün süd vəzisi cərrahiyyəsi olunan xəstələrə Radioterapiya tətbiq olunur.
Radioterapiya ayrıca şiş böyüklüyü, tutulan limfa düyünü sayı və cərrahiyyə sərhədlərinin mikroskopik şəklinə bağlı olmaq şərı ilə süd vəzisinin bütünlüklə götürüldütü (mastektomiya) bəzi xəstələrə də tətbiq olunur.
Hər bir müalicə kimi radioterapiyanin da istənməyən təsirləri vardır.
Dəri qaşınması və qızartı: Bu istənməyən təsirlərə daha çox kilolu kişilərdə rast gəlinir. Günəş yanığına oxşar bu əlamət dərinin qızarmasına, qurumasına, qaşınmasına və soyulmasına səbəb ola bilər. Müalicənin bitməsi ilə bu şikayətlər də azalaraq itəcəkdir. Müalicə müddətində bol kesimli, pambıq geyimlər və yenə pambıq çox sıxmayan alt paltarı istifadə etmək, ılıq su ilə duş almaq və müalicə sahəsindəki dəriyə krem, losiyon və dezodorant sürtməmək sizə köməkçi olacaqdır.
Süd vəzisindəki dəyiişiklər və şişmə: Müalicə müddətində şüalanan süd vəziniz digərinə nisbətən daha ağrılı və şiş ola bilər. Müalicə sırasında bol geyimlər geyinmək və ya byusqalter geyinməmək sizi rahatlada bilər. Bu şikayətlər də müalicə bitdikdən sonra müəyyən zaman sonra keçəcəkdir.
Yorğunluq hissi: Müalicə sırasında yorğunluq hiss edə bilərsiniz , cünki vücudunuz sağalmaq üçün çox enerji xarcləməkdədır. Mümkün olduqca yaxşəı yatın, normal qidalanın. İdman eləmək enerjinizi artıra bilər.
Quru öksürək və ya udmada çətinlik: Bu əlamət daha çox köprücük sümüyünüzün üstündəki limfa düyünlərinin müalicəsi edilərkən ortaya çıxa bilər. Sərin və yumuşaq qidalar boğazınızı rahatladacaqdır.
Limfödem (qolun və ya əlin şişməsi): Qoltuqaltı limf vezilərinin cərrahi və radioterapiya ilə müalicə edilməsi sonrasında o tərəf əl və qolda şişmə görülə bilinər. Limfödemdən qorunmaq üçün əməliyyat olduğunuz tərəfdəki qolunuzdan iynə vurdurmayın, təzyiq ölçdürməyin. Əl və ya qolunuzda bir infeksiyon proses olarsa həkiminizlə əlaqə saxlayın.

Dr. Ayşe ÖZATILGAN
Radyasyon Onkolojisi Uzmanı