Süd Vəzisi Xərçəngi Nədir?


hucreBədənimizdə hər hüceyrənin müəyyən uzunluqda ömrü var. Hüceyrələrin yaşama müddəti, nüvələrindəki genetik materialda yazılıdır. Yaşlanan hüceyrə, toxumadakı işi qurtarandan sonra ölür. Bu prosesin son hissəsinə “planlı hüceyrə ölümü” deyilir. Xərçəng hüceyrələrinin digər hüceyrələrdən fərqi,  “planlı hüceyrə ölümü” programından xaricə çıxıb, idarə edilməz şəkildə çoxalmalarıdır.

Sağlam bir hüceyrə neçə dəfə bölünəcəyini və nə vaxt öləcəyini bilir. Buna uygun olaraq da xərçəng hüceyrələri, bu məlumatı itirir, idarəsizcə bölünməyə başlayır və şişlər bu formada əmələ gəlir. Əgər xərçəng hüceyrələri yarandıqları şişdən qoparaq ayrılsa, qan ya da limfa dövranı vasitəsilə ilə bədənin digər bölgələrinə gedər. Getdikleri yerlərdə şiş koloniyaları əmələ gətirir və böyüməyə davam edərlər. Xərçəngin bu formada bədənin digər bölgələrinə yayılması hadisəsinə metastaz deyilir.

Süd vəzisi xərçəngləri digər orqanların xərçənglərinə nisbətən çox yavaş inkişaf edirlər. Bir hüceyrənin idarədən çıxaraq 1 sm3 böyüklüyündə bir kütlə yaratması, süd vəzisi üçün 7-10 il deməkdir. Bu səbəbdən illik düzənli müayinələr erkən diaqnoz və müalicə deməkdir; yəni həyatınızı qurtara bilər.

SÜD VƏZİSİ XƏRÇƏNGİNİN SİMPTOMLARI NƏLƏRDİR ?

Süd vəzisi xərçənginin müalicəsində müvəffəqiyyət şansı və bu xəstəliyin sağalmasının əsas şərti erkən diaqnozdur. Xərçəng daha bir neçə mm diametrə sahib olduğu zaman belə mammoqrafiyada görülə bilər. Bu vəziyyətdə müalicənin nəticələri şox müvəffəqiyyətli olur. Buna görə də tez-tez süd vəzisi müayinələrinə gələn xəstələr şox şanslıdırlar. Xərçəng simptomları ortaya çıxdığı zaman şiş ən az 1 sm və ya daha böyük ölçülərə çatmış olur. Buna baxmayaraq, xəstəliyin tamamən sağalma ehtimalı hələ də vardır. Buna görə də, davamlı mammoqrafiyalar, ultrasəs müayinəsi və həkim müayinəsinə gəlməkdən başqa, hər qadının öz süd vəzisi haqqında məlumatının olması da çox vacibdir. Qadınlar özlərini müayinə edərkən aşağıdakılara diqqət etməlidirlər:

Ələ gələn kütlə: Süd vəzisi xərçəngində ən tez-tez rastlanan simptom ələ gələn kütlədir. Bir xəstə əllə hiss edilən kütlə simptomu ilə xəstəxanaya geldi isə,  ilk olaraq bu kütlənin kista, yoxsa şiş olduğu ayırd edilməlidir. Içi maye ilə dolu olan kistalar xərçəng deyil ve təhlükəli deyillər. Amma iki təbəqəli solid kütlələr şiş kütlələridir ki, bu şişlər tez tez müayinə edilməli və ya biopsiya vasitəsilə dəqiq diaqnoz qoyulmalıdır.

Süd vəzisi ucu axıntısı: Süd vəzisi ucu axıntısı süd vəzisi xərçənginin erkən simptomu ola bilər. Belə vəziyyətlərdə həkimə getmək lazımdır. Axıntı özü-özünə axmalıdır, süd vəzisinin sıxılması nəticəsində axıntı gəlməsi bir xəstəlik simptomu deyil. Axıntının olub-olmadığını yoxlamaq üçün süd vəzilərinin sıxılması doğru deyil. Süd vəzisi ucu axıntısı başqa xəstəliklərdə, məsələn hormonal xəstəliklərdə, əmizdirmədən sonrakı vaxtlarda ilk zamanlarda və süd kanallarının xəstəliklərində də rastlanır.

Süd vəzisi ucunun içəri çəkilməsi və simmetriyanın pozulması: Bir çox qadında süd vəziləri arasında kiçik fərqlər ola bilər: birinin digərindən daha böyük olması və ya süd vəzisi uclarında simmetriya fərqi kimi. Bunlar əsasən uşaqlıq vaxtından elə olur və hər hansı bir xəstəliyin əlaməti deyil. Amma bəzən də çox nadir hallarda süd vəzisi ucunun arxasında çixan şişlər erkən dövrdə süd vəzisi ucunun içəriyə doğru girməsinə səbəb olur. Daha əvvəllər hər iki süd vəzisi ucu simmetrik və normal olduğu halda ani olaraq süd vəzisi uclarında asimmetriya və ya birinin içinə doğru girməsi -  süd vəzisi xərçəngi baxımından çox vacib simptom sayilir.

kansernedirDəridəki simptomlar: Bəzən süd vəzisi xərçəngi dəridə bəzi simptomlar verir. Xüsusilə də kütlənin süd vəzisinin dərisinə yaxın olduğu zaman həm kütlə daha tez əllə hiss edilər, həm də dəri simptomları ortaya çıxar. Süd vəzisinin üzərində uzun müddət  yox olmayan qizarma, yara, süd vəzisi dərisinin portağal qabığına bənzər bir görünüş alması, dərinin bir nöqtədə içəriyə doğru çəkilməsi kimi hallarda mütləq həkimə gedilməlidir. Bəzən də süd vəzisi üzərindəki bənövşəyi-mavi rəngli venaların gözə çarpması bəzi süd vəzisi şişlərində erkən diaqnoz üçün vacib simptomlardandır.

Süd vəzisi xərçəngində ideal olanı yuxarıdakı simptomlar ortaya çıxmazdan əvvəl xəstəliyin diaqnozunun qoyulması və müalicəsinin başlanmasıdır.

SÜD VƏZISI MÜALİCƏSİNİN DİAQNOSTİKASI

Süd vəzisi xərçənginin erkən diaqnostikası üçün istifadə olunan əsas metodlar ultrasəs müayinəsi və mammoqrafiyadır. Mammoqrafiyada şübhəli kütlə və ya sahə (mikrokalsifikasiya) tapıldığı zaman kütlənin vəziyyətinə görə iynə biopsiyası və ya cərrahi biopsiya həyata keçirilir. Kütlənin forması və ya halı müəyyən edilə bilmədiyi hallarda biopsiyadan əvvəl və ya yerinə MR da aparıla bilər.

Xərçəngin diaqnostikası üçün istifadə eidlən metodlardan ən vacib olanı öz-özünü müayinə metodlarıdır. Yəni qadınların özlərini müayinə etməsi və ya xəstəlik riskinə qarşı tez-tez həkim müayinəsinə gəlməsidir. Radioloji metodlarla biopsiyalara əlavə olaraq insanların özlərini müayinə etmələri və periodik olaraq həkim müayinəsəndən keçmələri də sayıla bilər. Bu metodlardan, sadəcə biri - biopsiya vasitəsilə dəqiq diaqnoz qoymaq olur. Digər müayinə metodları biopsiya aparılması qərarını verməyə kömək edir.

MAMMOQRAFİYA və ERKƏN DİAQNOSTİKA


mamografi_1Mammoqrafiya süd vəzisi xərçənginin erkən diaqnostikası üçün qızıl qədər qiymətli bir metoddur. Xəstənin heç bir şikayəti olmadığı halda profilaktik məqsədlə aparıla bilər, süd vəzisində kütlə, süd vəzisi ucu axıntısı və ya başqa bir şikayəti olanlara isə diaqnostik məqsədlə tətbiq edilir.

 

Mammoqrafiya barmaq izi kimidir, hər qadında fərqli olur və heç bir mammoqrafiya digərinə oxşamır. Buna görə də müayinəyə gedərkən daha əvvəl çəkilən mammoqrafiyanın nəticələrini də yanınızda gətirməlisiniz. Əvvəl çəkilmiş mammoqrafiya ilə yenisi arasındakı fərq diaqnoza kömək edə bilər. Mammoqrafiya uyğun zamanda və formada həyata keçirildiyi zaman ağrısız bir metoddur. Menstrual sikldən sonrakı dövrdə süd vəzilərindəki ödem, gərginlik və həssaslıq daha az olduğina görə sikldən sonrakı həftə mammoqrafiya müayinəsinə gəlmək daha uyğundur.

Mammoqrafiya cihazları: Analoq, tam digital və ya digital əsaslı olur.

Analoq sistem şüanın filmin üstündə buraxdığı izlərin şərhidir. Yuyulub qurutulan film incələnərək qiymətləndirilir. Bunun əksinə, tam digital və ya digital əsaslı sistemlərdə görünüşlər digital şəraitdə qiymətləndirilərək oxunur. Daha sonra xəstəyə vermək üçün filmə çəkilir. Analoq sistemlər yavaş yavaş yerini digital əsaslı və ya tam digital sistemlərə buraxmaqdadır.

Mammoqrafiya müayinəsi, süd vəzisi xərçəngi baxımından heç bir risk faktoru və şikayəti olmayan, hər il süd vəzisi müayinəsinin nəticəsi normal olan qadınlara nizamlı olaraq aparılmalıdır. Nizamlı olaraq aparilan mammoqrafiya müayinəsi xəstənin həyatını qurtarır və cəmiyyətdəki süd vəzisi xərçəngi səbəbiyle yaranan ölüm səviyyəsini aşağı salir. Və mammoqrafiya müayinəsi zamanı alınan radiasiya şüası ağciyərin rentgenoloji müayinəsindəkindən daha az dozadadır.

BİOPSİYA: Süd vəzisi toxumasından nümunə alınıb, uyğun şəraitdə dondurulub, kəsilib, boyanıb, mikroskop altında incələnməsidir. Bu yolla əldə edilən diaqnoz histopatoloji diaqnozdur və süd vəzisi xərçənginin dəqiq diaqnozunun tək yoludur.

benign
Biopsiya iki yolla alına bilər: iynə biopsiyası və cərrahi biopsiya. Iynə biopsiyası şübhəli sahə və ya kütlədən iynə köməkliyi ilə toxuma nümunəsinin alınmasıdır. Cərrahi biopsiya isə əməliyyatxana şəraitində şübhəli sahə və ya kütlənin tamamilə çıxarılmasıdır.

 

 

Yorumlar  

 
0 #23 Dr Hamdi Koçer 13-09-2016 09:51
7 yıl boyunca döşte süd kalmaz. O bir nevi töreme yani şiş olmalı. Onun iyi mi kötü mü olduğunu anlamak için muayene ve radyolojik tetkikler gerekir. Belki de iğne biyopsisi ile toxuma alıp patoloji analizi ile daqiq diagnoz koymak gerekecektir. İhmal etmeyim. Lakayıt kalmayın.

Alıntılandı emilya:
dokdor salam.
dokdor men 7 il qabaq dogusda usaq vefat etdiyi ucun siz de bagislayin emizdire bilmedim ve ilk dogun oldugu ucun tecrubesizlikde n sudum sinemde sisib das kimi oldu tedricen sinemdeki sudler cekilde se de altda bir qoz boyda sis das kimi qaldi ve artiq his edirem ki meni incidir hekime getmeye de risk etmirem sizce bu kanser ola bilermi?
Alıntı
 
 
0 #22 emilya 08-09-2016 17:02
dokdor salam.
dokdor men 7 il qabaq dogusda usaq vefat etdiyi ucun siz de bagislayin emizdire bilmedim ve ilk dogun oldugu ucun tecrubesizlikde n sudum sinemde sisib das kimi oldu tedricen sinemdeki sudler cekilde se de altda bir qoz boyda sis das kimi qaldi ve artiq his edirem ki meni incidir hekime getmeye de risk etmirem sizce bu kanser ola bilermi?
Alıntı
 
 
-1 #21 Dr Hamdi Koçer 27-08-2016 21:55
Dr taflan beyin yanına gidin. En iyi şekilde o yardımcı olacaktır.
Geçmiş olsun


Alıntılandı abbasova nubar:
Salam doktor benim annem sud vezi kanseri Turkiyede GaziOsmanpasha hastanesinde kemoterapiler aldi doktprumuz Taflan Salebci iki yildir artik. Amma iki ay once annemin akcigerinde su toplandi butun analizler temiz cikdi ancak burdakiankoloqu muz soylediki hastalik geri gelmish pet ct cekdirmeniz lazim Taflan hocanin yanina gede bilmedik. Sizden soruyorum ne etmeliyiz ?
Alıntı
 
 
-1 #20 abbasova nubar 25-08-2016 13:03
Salam doktor benim annem sud vezi kanseri Turkiyede GaziOsmanpasha hastanesinde kemoterapiler aldi doktprumuz Taflan Salebci iki yildir artik. Amma iki ay once annemin akcigerinde su toplandi butun analizler temiz cikdi ancak burdakiankoloqu muz soylediki hastalik geri gelmish pet ct cekdirmeniz lazim Taflan hocanin yanina gede bilmedik. Sizden soruyorum ne etmeliyiz ?
Alıntı
 
 
-1 #19 Dr Hamdi Koçer 12-11-2015 14:35
Önce daqiq diagnoz lazım: Bunun için iğne biyopsisi va şişin patoloji analizi gerekli. Analiz neticesinde diagnoz xerçeng ise ameliyat gereklidir.

Ne yediğinizin yani gıdalanmanın bir önemi yok.
Geçmiş olsun

Alıntılandı sevda bilalov:
Mamoqrafiyada cixibki 95% xerçengi meyiillaidirmi mene deqiq amaliyyat lazimdirmi amaliyyata girmeliyem ne vaxt bakiya geleceksiz? Mene deqiq deyersiz men neleri yemeliyem?
Alıntı
 
 
0 #18 sevda bilalov 12-11-2015 14:32
Mamoqrafiyada cixibki 95% xerçengi meyiillaidirmi mene deqiq amaliyyat lazimdirmi amaliyyata girmeliyem ne vaxt bakiya geleceksiz? Mene deqiq deyersiz men neleri yemeliyem?
Alıntı
 
 
+1 #17 Dr Hamdi Koçer 12-11-2015 14:31
Ben artık baküye gelmiyorum ama hastalarım kontrol ve mualice iiçin İstanbula geliyor. Evet süd vezi xerçengi eğer çok ileri evre değilse önce ameliyat etmek gerekir. İleri evre süd vezi xerçenginde önce kimya sonra ameliyat yapıyoruz. Çok ilerlemiş ve vücuda kanser yayılmış hastalara ameliyat hiç yapılmıyor.
Hastayı ameliyat etme şansımız varsa, mualice etme ve hastalıktan tamamen kurtarma şansı da var demektir.

geçmiş olsun

Alıntılandı sevda bilalov:
Bu xestelik amaliyyat olunmadirmi? Amaliyyat qorxuludur? Siz ne vaxt. Bakiya geleceksiz?
Alıntı
 
 
+3 #16 sevda bilalov 12-11-2015 14:27
Bu xestelik amaliyyat olunmadirmi? Amaliyyat qorxuludur? Siz ne vaxt. Bakiya geleceksiz?
Alıntı
 
 
0 #15 isimsiz 04-06-2015 11:23
Selam doktor bey. Benim annem 5 yil once goğus ameliyati gecirdi. yani sag goğsu tamamile cikarildi. Ilac hâlâ aliyor. Simdi asil sorum korkmam. Yani mamuayinelere 6 aydan bir gidiyor. Cok sukurki hepsi iyi cikiyo. Ama yinede kanser hakkinda kotu seyler duyuyorum. Sizden iyi bi yorum istiyorum. Lutfen. Ilaclar omru boyumu alacak?
Alıntı
 
 
+2 #14 Dr Hamdi Koçer 27-01-2014 07:54
Günaydın,

Bize muayeneye gelirsin,
gerçekten bir hastalığın varsa "daqiq diagnız" konur.
Mualiceye ehtiyaç varsa, mualice edilir.

qabule yazılmak bilgi almak elaqa yaratmak için 0090 541 411 9000

Geçmiş olsun.


Alıntılandı Temkin:
salam bağişlayin .Mende sağ sinemde süd vezi emele gelin demek olarki 2 ildi gozleyiremki qutarsin qutarmirki qutarmir bunun bitmesi üçün neler etmeliyem?
Alıntı
 

Yorum ekle


Güvenlik kodu
Yenile