servis22Süd vəzi xərçəngində düzgün diaqnoz və düzgün müalicə ilə artıq çox uğurlu nəticələr alınır.

Ancaq müalicəyə başlamazdan əvvəl həm xərçəng diaqnozunun, həm də xərçəngin bütün xüsusiyyətlərinin öyrənilməsi lazımdır. Bunun üçün şişdən alınmış yaxşı patoloji analiz lazımdır.

Patoloji analiz 2 cür həyata keçirilir: İdeal olanı əməliyyatdan 3 gün əvvəl iynə biopsiyası ilə diaqnozu dəqiqləşdirib ondan sonra əməliyyata girməkdir. İkinci seçim isə əməliyyata patoloji mütəxəssislə daxil olub əməliyyat zamanı diaqnozun qoyulmasıdır.

Bu sahədə mütəxəssis həkimlərin azlığı diaqnozun qoyulmasında çox ciddi problemlər yaşadır. Əgər sizə biopsiya edilmədən xərçəng dedilərsə, gözləyin: əvvəlcə biopsiya edilməsi lazımdır.

Əməliyyatı harada keçirməyinizdən asılı olmadan, əməliyyatdan əvvəl və ya əməliyyat zamanı patoloqun etdiyi analizin imzalı kağızını mütləq həkimlərdən istəyin.

Patoloji kağızınızı mütləq həkiminizdən tələb edin: Gərəksiz yerə süd vəzinizdən olmayın...

Yorumlar  

 
-1 #2 Dr Hamdi Koçer 03-05-2013 14:17
Dr Hamdi Koçer Bakü'ye artık gelmiyor, hastalarını İstanbul'da kabul ediyor.

+90 541 411 9000 numaradan qabule yazılabilirsini z.
Alıntı
 
 
-1 #1 GULCOHRE Agayeva 03-05-2013 08:09
Bilmek isteyirem Hamdi Kocer Bakiya ne vaxt gelecek7 MEN ISTERDIM KI MENI O MUAYINE ETSIN.USM-de mene deyibler ki 8x7 mm olcude kista var.Men nece bu hekimin qebuluna dushe bilerem7
Alıntı
 

Yorum ekle


Güvenlik kodu
Yenile