mualice11

Tarixdə İstanbul

 

Tarixdə bir vaxtlar Bizans və Konstantinopol olaraq tanınan İstanbul 15 milyon əhalisi ilə Avropanın ən çox əhalisi olan şəhəri seçilmişdir. Türkiyədəki mədəni, ekonomik, ticari və sosial həyatın mərkəzi olan İstanbul, dünyanın ən rəngli və zəngin metropollarından biridir. Dünyada iki qitə üzərində yerləşən tək şəhər olan İstanbulun; Boğazın üzərində yerləşən və Haliç olaraq bilinən təbii limanı ilə dünyada başqa bənzəri yoxdur.

İstanbul dövrlər boyunca 4 vacib İmperatopluğun paytaxtı olmuşdur: Roma İmperiyası (330-395), Bizans İmperiyası (395-1204 və 1261-1453), Latın İmperiyası (1204-1261) və Osmanlı İmperiyası (1453-1922).

İstanbul, minlərlə illik tarixi və mədəni mirası, bənzərsiz məscidləri, kilsələri, sinaqoqları ilə həqiqi bir mədəniyyət şəhəridir. İstanbuldakı ilk insan yerləşimlərinin tarixi e.ə. 5500-3500 illərə qədər uzanır. Bugün Topqapı sarayı, Ayasofiya və Qapalı çarşı şəhərin hər yerinə yayılmış yüzlərlə memari şah əsər arasında ən əhəmiyyətli abidələr olaraq ortaya çıxır. Topqapı sarayı 400 il boyunca Osmanlı Sultanları tərəfindən rəsmi və birinci iqamətgah olaraq istifadə edilmişdir. Ayasofiya, tarixdə köhnə bir kilsə, sonradan məscid və indi isə bir muzeydir. Böyüklüyü ilə məşhur olan bu müntəzəm quruluşlu bina xüsusilə Bizans memarlığının nümunəsi olaraq qəbul edilir və 1520-ci ildə Orta dövr Sevilla Katedralı tamamlanana qədər təxminən min il boyunca dünyanın ən böyük katedralı olmuşdur. Qapalıçarşı 58-dən çox küçə və 4000 dükanı ilə dünyanın ən böyük qapalı bazarlarından biridir və gündəlik 250.000 ilə 400.000 arasında ziyarətçisi olur: bəzək əşyaları, ədviyyat və xalça mağazaları ilə məşhurdur. Qapalıçarşıdakı dükanların və küçələrin çoxu dəri gödəkçə, qızıl bəzək əşyaları, xalça, əl işi bəzək əşyaları və bənzər əşyalar üçün növlərinə görə qruplaşdırılmışdır.

2010-cu il Avropa Mədəniyyət paytaxtı seçilən İstanbul, bugün sahib olduğu müxtəlif miras və sənət şəraiti ilə dünya üzrə məşhur festivallara da ev sahibliyi edir. İstanbulun tarixi yerləri, 1985-ci ildə UNESCO Dünya Mirası Siyahısına əlavə edilmişdir. İstanbul ildə 8-10 milyon turist qəbul edir.

Yorum ekle


Güvenlik kodu
Yenile