Sahib olduğu yüksək texnologiya və təcrübəli mütəxəssis kadrları sayəsində Türkiyə, qonşularından hər ay minlərlə xəstənin sağlamlıq turizmi üçün müraciət etdiyi tamamilə etibarlı bir ölkədir. Xüsusilə də Avropadan həddindən artıq çox sağlamlıq xidməti tələbinin yaranmasının səbəbləri əslində dəqiqliklə müəyyənləşdirilmişdir:

mualice10İstanbulda çoxlu JCI akredit xəstəxana var. Dünyada JCI akredit xəstəxanaların sayı ən yüksək olan ölkə Türkiyədir.

Dünya tərəfindən qəbul edilən təxminən 60 tibb fakultəsində minlərlə Türkiyəli və xarici tələbələrə tibb təhsili və mütəxəssislik təhsili verilir və bu yetiımiş kadrlar Türkiyədə müasir sağlamlıq xidmətinin keyfiyyətli insan gücünü əmələ gətirir.

İstanbuldakı bütün akredit xəstəxanalar dünya standartlarına uyğun təməl və müasir texnoloji cihazlarla təmin edilmişdir. Bu xəstəxanalarda etibarlı və münasib qiymət normaları vardır.

İndi Türkiyə sağlamlıq ilə əlaqədar olan yüksək standartları əldə etmiş, üzvlük kriteriyalarını yerinə yetirmiş olan AB-nə namizəd ölkədir.

Pfizer, GlaxoSmithKline, Johnson and Johnson, Sanofi-Aventis, Merck, Novartis, Roche ve Astra Zeneca kimi təxminən bütün böyük dərman firmalarının Türkiyədə bölgə mərkəzləri və/və ya istehsal müəssisələrindən başqa bir çox yerli istehsalçı da mövcuddur.

Bütün sağlamlıq idarələrinin ehtiyacı olan qan, etibarlı və yeganə qaynaqdan – JCI akredit quruluş olan Qızılay (Türk Qızılayı) tərəfindən təmin edilir.

Avropa və Asiya qitələri arasında körpü kimi uzanan mərkəzi yerə sahib olan İstanbul, dünyanın hər nöqtəsindən qısa uçuşlarla xəstələrə asan gəliş imkanı verir.

Ayrıca, İstanbulun çox mədəniyyətli və canlı atmosferası, xəstələr və xəstə yaxınları üçün etibarlı və rəngli bir şərait yaradır. Check-up, müayinələr və ya gündəlik əməliyyatlardan sonra əyləncəli bir həftəsonu keçirmə şansı verir.

* Joint Commission International Haqqında:

Joint Commission İnternational (JCİ), Joint Commission Resourses-in Beynəlxalq bölümü olaraq, 1994-cü ildən indiyədək 80-dən çox ölkədə səhiyyə xidmətlərinin təşkili, səhiyyə nazirlikləri və ümumdünya təşkilatlarla birlikdə işləyir.

Akreditasiya və/və ya Sertifikasiya, səhiyyə xidmətlərinin keyfiyyətini artırmaq üçün yaradılmış bir çox standartın ehtiyaclarını qarşılayıb qarşılamadığını təyin etmək üçün ayrı və müstəqil (əsasən dövlətə bağlı olmayan) bir orqan  tərəfindən qiymətləndirilməsi prosesidir. Könüllülüyə əsaslanan bu proses, bir quruluşun, xəstələri və personalı üçün daimi olaraq etibarlı şərait təmin etməyə olan bağlılığını göstərir.

Əslində, xüsusilə xəstə güvənliyi problemlərinə həsr olunmuş

olan dünyanın ilk

Dünya Səhiyyə Təşkilatı (WHO) İttifaq Mərkəzi

WHO, Joint Commission vƏ JCI arasında bir müştərək

ortaqlıqdır.

Bu mövzuda daha çox məlumatı təşkilatın öz saytından əldə edə bilərsiniz. http://tr.jointcommissioninternational.org/entr/

 


ə