Bəzən süd vəzisinin tamamilə alınması lazım gələ bilər. Aşağıdakı hallarda mastektomiya əməliyyatı daha uyğundur.

-Kütlə böyük, süd vəzisi kiçik olduğu zaman,

-Kütlə süd vəzisinin tam ortasındadırsa,

-Xərçəng hüceyrələri süd vəzisində birdən çox yerdədirsə,

-Radioterapiya imkanı yoxdursa,

-Süd vəzisi toxumasında DCIS sahələri tapıldığı zaman.

Müxtəlif mastektomiya növləri:

Sadə mastektomiya: süd vəzisi toxuması, döşlərin dərisi və döş başı birlikdə çıxarılır.

Modifikasiyalı radikal mastektomiya, əzələlərin sadəcə ön fassiyasının çıxarılıb əzələnin yerində qaldığı xərçəng əməliyyatlarıdır.

Radikal mastektomiyada süd vəzisi toxumasının altındakı əzələlər də əməliyyat zamanı çıxarılır (bu metod artıq istifadə edilmir).

 Mastektomiya əməliyyatında aparılan kəsik sternum sümüyünün kənarından (döş sümüyü) qoltuqaltına qədər uzanır və dəri altına qoyulan estetik tikişlər sayəsində əməliyyatdan sonra çox nazik bir xətt kimi iz qalır.

Mastektomiyadan əvvəl döş rekonstruksiyası üçün əvvəlcədən cərrahınızla danışmalısınız. Bəzi uyğun hallarda mastektomiya ilə eyni seansda yeni döş yaradılması da mümkün ola bilər. Bəzi hallarda isə yeni döş düzəltmək üçün təxminən 1 il gözləmək lazım gələ bilər. Bunun kimi variantların əvvəlcədən düşünülüb planlaması daha yaxşı olacaq.

Həkiminiz əməliyyatdan sonra xərçəngin yenidən təkrarlana biləcəyini düşündüyü zaman mastektomiyadan sonra radioterapiyanın aparılması lazım gələ bilər. Radioterapiyanın aparılacağı xəstələrdə də döş rekonstruksiyasının gec dövrdə aparılması doğru olacaqdır.