Limfa vəziləri vücudumuzdakı bakteriyaları və xərçəng hüceyrələrini yaxalayıb tutan; yəni “filtr kimi işləyən” kiçik orqanlardır. Bədənin bir çox yerinə yayılmışdırlar, ancaq ən çox qoltuq altında, qasıqlarda, boyunda, qarın və döş boşluğunda yerləşmişdirlər.
Növbətçi limfa vəziləri nədir?
Növbətçi limfa vəzisi, döş xərçənginin yayılması zamanı qoltuq altında ilk çatdığı limfa vəzi grupudur.
Növbətçi limfa vəzilərinin biopsiyası bədir?
Sadəcə növbətçi limfa vəzilərini çıxararaq, süd vəzisi xərçəngi hüceyrələrinin qoltuq altına keçib keçmədiyini anlaya bilərik. Beləliklə, xəstənin xərçənginin mərhələsi haqqında məlumat sahibi olmaq və xəstəyə ən uyğun müalicə planını hazırlamaq mümkün olur.
Elmi tədqiqatlar, sadəcə “növbətçi limfa vəzilərinin” çıxarılması ilə əldə edilən xərçəng mərhələsinin tapılmasının, klassik “qoltuq altı əməliyyatı” həyata keçirildiyi zaman əldə edilən məlumatlar qədər doğru və etibarlı olduğunu göstərir.
Klassik qoltuq altı əməliyyatlarının ağırlaşmaları
Qoltuq altı limfa vəzilərinin çıxarıldığı klassik əməliyyatlardan sonra bəzi xəstələrdə keçici çiyin ağrısı, qol ağrısı və qalıcı limfödem (qolda şişmə) ola bilər. Qoltuq altından çıxarılan limfa vəzilərinin sayı artdıqca rastlanan ağırlaşmaların şiddət və müddəti də artır. Əgər sadəcə “növbətçi limfa vəziləri” çıxarılsa, qol və çiyində ortaya çıxa bilən ağırlaşmalar daha az olacaqdır.
Növbətçi limfa vəzilərinin tapılması
Əməliyyatdan əvvəl süd vəzisindəki şiş nahiyəsinə az miqdarda radioaktiv maddə və/vəya metilen mavisi ineyeksiya edilir. Verilən bu maddələr, limfa yollarından “növbətçi limfa vəzilərinə” çatır. Qoltuq altına vurulan 2 sm-lik kiçik və səthi bir kəsikdən mavi rəngə boyanmış olan limfa vəziləri tapılır və çıxarılır. Radioaktiv maddə verildiyi zaman, növbətçi limfa vəzilərinin yerleri daşına bilən kiçik radiasiya müəyyənləşdirici cihazların köməkliyi ilə asanlıqla tapıla bilər.
Növbətçi limfa vəziləri tapılmazsa nə olar?
Nadir hallarda “növbətçi limfa vəziləri” tapılmır. Belə halda klassik qoltuq altı əməliyyatı ilə limfa vəzilərinin hamısı çıxarılmalı və şişin mərhələsi təyin edilməlidir.
Növbətçi limfa vəzilərində xərçəng varsa?
Bəzən növbətçi limfa vəzilərinin əməliyyat zamanı araşdırılması nəticəsində limfa vəzilərində xərçəng hüceyrələrinə rastlana bilər. Xəstənin əvvəlcədən yazılı icazəsi alinmışdırsa, eyni seansda xəstə oyanmadan klassik qoltuq altı əməliyyatı aparılır. Beləliklə, bir neçə həftədən sonra yenidən əməliyyat edilməsinə ehtiyac qalmır. Bu vəziyyət olduqca nadir görülür.
Növbətçi limfa vəzilərinin biopsiyasının faydaları
- Qol və çiyni daha erkən hərəkətləndirmə və istifadə etmək imkanı.
- Daha az qol və çiyin ağrısı.
- Limfödem riski çox azdır.
- Dren qoymağa gərək yoxdur.
- Xəstəxanada yatma müddəti və sağalma müddəti daha qısadır.